Mədəniyyət

"Demişdim, aktyorları ələ salmayın" - Afaq Bəşirqızı efirdəki söyüşündən danışdı

20 İyul 2020 14:07
Baxış: 6 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç kəsi mühakimə etmək durumunda deyiləm. Afaq Bəşirqızı gedən karvandır, hər it hürüşünə dönmür. Heç vecimə də deyil bəzi insanların münasibətləri. Demişəm ki, öz həyətinin qədrini bil, ailən, özün üçün, gəlib buradakıların 190 manatına ehtiyacın olmasın... Deməmişəm ki, yalvarma. Deyir ki, Afaq xanım, bilmirsən orada nələr çəkirik. Nə çəkirsiz? Nə görmüsüz şəhər həyatında? Gəlib təklif edirlər, pul verirlər, satırsan torpağı. Səhəri gün ot, hər şey qalxır, 10 manata satdığın olur min manat. Gəlib düşürsən mənim, onun-bunun canına. Həyatda özünü təsdiq edə bilməmək gəlib bizi günahlandırmaq deyil. Sənin şüurun var, fikirləşməməlisən ki, nə edim?

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı müğənni-bəstəkar Murad Arifin "Popumuz var" proqramında deyib. Aktrisa bir müddət əvvəl dediyi "Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar" sözlərə aydınlıq gətirib:

"Mənim sözümü çox adam başa düşmürsə, nə edə bilərəm? Öz doğma torpağımızı, məcburi köçkünlər istisna olmaqla, qoyuruq və durub şəhərə gəlirik. Vaxtından əvvəl evlənirik, 100-200 manat kirayədə qala bilməzsən. Gedirsiz yeni tikililərin zirzəmisində yer götürür, pəncərəsini kardonlayırsan ki, uşaq dünyaya gətirim. Sonra düşürsən verilişlərin canına ki, uşağın başını düzəldin. Sonra mənə deyirlər, cəbhədə şəhid olanlar o zirzəmidə doğulanlardır. Ay savadsızlar, mən su basmış zirzəmiləri nəzərdə tuturam. Onlar heç uşaq kimi doğulmur: havasız, su içində.
Ağır şəkəri müharibənin stressindən tutdum. Hər zaman cəbhə bölgəsində olmuşam. Qucağımda yaralı əsgər daşımışam. Mən şəhid aparanda, həmkarlarım şəhərdə evlər, maşınlar, mebellər alırdılar. Niyə onu edirdim? İçimdəki, biz qalib gəlməliyik, xalqım kiməsə möhtac olmasın hirsinə görə. Dediyimi, yozub yazdılar. Vəkilim dedi ki, bunlara iş düşür. Amma vermədim məhkəməyə, bağışladım hamısını".

A.Bəşirqızı bir müddət əvvəl ARB TV-də "Elgizlə izlə" proqramına zəng edərkən işlətdiyi qeyri-etik sözlərlə bağlı suala isə belə cavab verib:

"Efirə zəng vurub söyüş söymərəm. Yeri gələndə elə söyürəm ki... Özü də heç vaxt qadın söyüşü söymürəm. Həmişə insanları da, aktyorları da müdafiə etmişəm. Demişdim, aktyorlara dəyməyin, onları tənqid etməyin, ələ salmayın, incitməyin. O aktrisanın adını etika naminə çəkməyəcəm. Və onu elə bir vəziyyətə gətirib saldılar ki, bunun əqli cəhətdən problemi bilindi. Bu aktrisa üç minə yaxın maaş alır - Prezident təqaüdü, maaşı, əmək pensiyası, Xalq artistinə görə aldığı 150 manat. Və bu deyəndə ki, çörək mağazasına borcluyam... Biz aldığımız bütün ödəmələri ilk gündən kartla alırıq. Artıq onun belə gedib onlardan nə isə istəməyi... Və mən çox əsəbiləşdim. Mənim televizorumda reklam getdi. Ərkim çatır. 18, 22, 25 yaşım yoxdur, 65 yaşım var. Bir böyük kimi zəng etdim, həqiqətən də, buna öz iradımı bildirdim, özü də pis bildirdim. Elgiz də (aparıcı Elgiz Əkbər -red.) mənə deyir ki, canlı yayımdayıq. O dəqiqə söhbətimi bildirdim, Şəfiqə xanımla (vəkil Şəfiqə Nağıyeva -red.) danışdım, qurtardı getdi. Efirdən sonra dedim ki, Elgiz, qurban gözlərinə, başa düşə bilmədim, məndə reklam gedirdi, bu süjeti gördüm, bildim ki, bu sənin tərbiyənə uyğun bir şey deyil. Mən onu danladım, keçdi getdi.

ARB-də o səs heç bir studiyada eşidilməmişdi. Orada nə qədər adam var idi - Şəfiqə xanım, Respublikanın Xalq artisti Nübar xanım (Nübar Novruzova - red.), Elgiz... Elgiz birinci gündən dedi ki, Afaq xanım, bu, studiyada bilinmədi və doğrudan da düzünə əsəbiləşmişdi. Bir nəfər tərəfindən deyilmişdi ki, mənim pula ehtiyacım var, belə bir şey olub, o səs yazısı ancaq məndədir. Almışdılar, satmışdı. Bacısının böyrək məsələsi üzə çıxdı və s. Gətirdilər mənim qabağıma düzdülər onları. Apar bunları ver məhkəməyə, tutdur. Mən bunu edərəm? Bu, qurulma bir şey idi". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.