Mədəniyyət

Gülnarə Xəlilova qızıl medalla təltif edildi - FOTO

17 Dekabr 2019 18:14
2 Şərh     Baxış: 2 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avropa Nəşr Mətbuat Evi"nin Mükafat komissiyasının qərarı ilə Azərbaycan Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyası) Sosial işlər komissiyasının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova qızıl medal və "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" diplomu ilə mükafatlandırılıb.

Milli.Az xəbər verir ki, mükafat milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Azərbaycanın qədim geyim mədəniyyəti, Azərbaycan milli geyim geyimlərin forması, növü, müasir folklor qruplarında milli geyim ənənələrin formalaşması,  müasir milli geyim təkmilləşdirməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, Beynəlxalq Etno-Mədəniyyət Festifallarında mütamadi iştirakına, elmi-publitistik əsəsrlərinə, gənclərdə vətənpərvərlik hisslərinin  aşılanmasında, ölkədə sənətşunaşlıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə təqdim edilib.

Mükafatı "Avropa Nəşr Mətbuat Evi"nin nümayəndəsi Sahilə Mirzəqızı verib.

Xatırladaq ki, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev, Dövlət Akademik Milli Dran Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi, professor Zemfira Səfərova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Aqşin Babayev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova və başqaları müxtəlif illərdə bu mükafata layiq görülüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.