Mədəniyyət

“Regionlarda peşəkar teatr dərsləri” Füzuli Dövlət Dram Teatrında - FOTO

5 Noyabr 2025 15:42
Baxış: 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20-31 oktyabr tarixlərində Qarabağda "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi keçirilib.

Silsilə çərçivəsində 26-31 oktyabr tarixində Füzuli Dövlət Dram Teatrında "Regionlarda peşəkar teatr dərsləri" layihəsi çərçivəsində ustad dərsləri təşkil olunub. Müasir yaradıcı yanaşmaları əks etdirən ustad dərsləri rejissor-aktyor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin iştirakı ilə gerçəkləşib.

Teatr kollektivinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması məqsədi ilə həyata keçilən ustad dərsləri teatrın yaradıcı heyəti tərəfindən maraq və rəğbaətlə qarşılanıb. 

Onu da qeyd edək ki, layihə sözügedən tədbirlər silsiləsi çərçivəsində 20-25 oktyabr tarixində Ağdam Dövlət Dram Teatrında uğurla icra olunub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.