Mədəniyyət

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib - FOTO

4 Noyabr 2025 17:16
Baxış: 275
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.

Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə keçən konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib.

Orkestr üzvlərinin solo ifalarında Adil Gəray "Bağça Kürd", Süleyman Ələsgərov "Vətənimdir", Cahangir Cahangirov "Rondo", Oqtay Kazımi"İnanmaram" , Şəmsi Kərimov "Gecələr", Vittorio Monti "Çardaş", Hacı Xanməmmədov "Arzuya bax sevgilim", Tofiq Quliyev "Rəqs ritmləri", Fikrət Əmirov "Reyhan", Ramiz Mirişli "Dalğalar" və digər sevilən əsərlər səsləndirilib. Konsert tamaşaçıların böyük alqışları ilə qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.