Hadisə

50 yaşlı kişi xaricdən gəlib 17 yaşlı qızı qaçırdı - FOTO

4 Noyabr 2025 17:50
Baxış: 1 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.  Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib. 

Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi  və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.