Ölkə

16 yaşında ana olan qız sevgilisinə qoşulub sığınacaqdan qaçdı - VİDEO

4 Noyabr 2025 18:50
Baxış: 844
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"16 yaşlı ana sığınacaqdan xəbər etmədən sevgilisi ilə gedib".

Milli.Az xəbər verir ki, bu sözləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, 16 yaşında ana olan qız ata-anasını itirib:

"O, ata və anasını itirən, sevgiyə, qayğıya möhtac bir qızdır. Qız onun-bunun himayəsində böyüyüb. Görünür, oğlan ona bu sevgini göstərib, yaxud manipulyasiya edib və qız da körpəsini qoyaraq qaçıb. Oğlan azyaşlı ilə münasibətə girdiyi üçün haqqında cinayət işi başladılıb və araşdırma aparılır. Körpə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib. Qızın özündən böyük bacısı var, lakin həyat yoldaşı yanında qalmasına icazə verməyib. Hazırda sevgilisi ilə qaçan 16 yaşlı qızın harada olduğu bilinmir".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.