Ölkə

Metro istifadəçilərinə ödənişlə bağlı ŞAD XƏBƏR

4 Noyabr 2025 09:02
Baxış: 3 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı Metropoliteni" yenilik edib.

Milli.Az xəbər verir ki, Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəyə biləcəklər.

Paralel olaraq "BakıKart", "BirBank" və "M10"la ödəniş qüvvədə saxlanılır.

Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb.

NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.

Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.