Mədəniyyət

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub - FOTO

4 Noyabr 2025 22:28
Baxış: 1 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüş çərçivəsində Leyla Əliyeva məktəbin fəaliyyəti, tədris prosesi, musiqi otaqları və istedadlı şagirdlərin yaradıcı uğurları ilə tanış olub.

Sonra məktəbin şagirdlərinin iştirakı ilə bədii konsert proqramı təqdim edilib.

Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda Leyla Əliyeva məktəb kollektivi ilə xatirə şəkli çəkdirib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.