Mədəniyyət

Azərbaycan şəhərlərindən biri Avropa Şurasının “Mədəniyyətlərarası şəhərlər” proqramına daxil edilə bilər

7 Aprel 2011 18:48
Baxış: 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan şəhərlərindən biri Avropa Şurasının "Mədəniyyətlərarası şəhərlər" (İntercultural cities project) proqramına daxil edilə bilər. Bunu APA-ya Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs Departamentinin direktoru Robert Palmer deyib. O, hazırda AŞ-nin Azərbaycanla mədəni sahədə 3 layihə üzrə, o cümlədən 2 il əvvəl icrasına başlanan, AŞ və Avropa Birliyinin birgə layihəsi olan "Mədəniyyətlərarası şəhərlər" çərçivəsində əməkdaşlıq etdiyini açıqlayıb. R. Palmer Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin onun Azərbaycanın bir neçə şəhərinə səfərini təşkil etdiyini söyləyib. Qonaq qeyd edib ki, "Mədəniyyətlərarası şəhərlər" layihəsi milli azlıqların yaşadığı şəhərlərə yönəlib: "Nazirlik kiçik icmaların, azlıqların birgə yaşayışına nümunə kimi göstəriləcək şəhəri seçmək üçün Azərbaycanın müxtəlif şəhərlərinə səfərlərimi təşkil edib".

R. Palmer Azərbaycanın AŞ-nin ölkələr arasında mədəniyyət sahəsində dialoqun inkişafına yönəlmiş "Artistlər dialoq naminə" layihəsində də iştirak etdiyini xatırladıb. Onun sözlərinə görə, bu cür dialoq münaqişələrin həlinə də təsir göstərə bilər.

Digər əməkdaşlıq sahəsi Mədəniyyət proqramına yenidən baxılması və mədəniyyət siyasəti üzrə proqramdır. R. Palmer deyib ki, proqramın məqsədi onun müasir dünyaya və reallıqlara uyğunlaşdırılmasıdır. Bu proqramla bağlı növbəti görüş gələn həftə Lüksemburqda keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.