“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə "Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda silsilə seminarlardan ibarət layihə həyata keçirilir.
Layihə üzrə ilk seminar Azərbaycan Milli Kitabxanasında Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun iştirakı ilə təşkil olunub.
MEMİM-in sektor müdiri Fariz Yunislinin moderatorluğu ilə keçirilən seminarda Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasının əhəmiyyəti haqqında söz açıb. Bildirib ki, sənəddə Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı konkret hədəflər müəyyən olunub.
MEMİM-in direktoru dosent Vüqar Hümbətov qeyd edib ki, layihənin məqsədi yeni mədəniyyət konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsinə, mediada dildən düzgün istifadənin təbliğinə dəstək olmaqdan ibarətdir.
Akademik Rafael Hüseynov çıxış edərək "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasının yaranma zərurəti barədə danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüzün və dövlət suverenliyinin tam bərpası, eləcə də çağımızda gedən sürətli qloballaşma prosesləri ölkəmizdə mədəniyyət sahəsinə yeni konseptual baxışı vacib edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılması konsepsiyanın təməlini təşkil edir.
Konsepsiyada Azərbaycan dili və milli-mədəni kimlik məsələsinə toxunan alim deyib: "Bir xalqın var olması, özünütəsdiqi üçün ən vacib cəhət onun dilidir. Dil yoxdursa, millət də yoxdur. Elə xalqlar var ki, tarixən dövlətləri olmayıb, ancaq onlar dillərinin hesabına yaşayıblar. Dil elə güclü amildir ki, hətta xalq olmayanda belə onu yaşada bilir".
Rafael Hüseynov çıxışında müasir dövrdə ana dilinin təbliği, mediada Azərbaycan dilindən istifadənin vəziyyəti və digər məsələlərdən ətraflı söz açıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Seminarda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları və digər şəxslər iştirak ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar keçirilib - FOTO
-
Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Şükran Cəfərovanın solo konserti böyük uğurla keçirilib - FOTO
-
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
-
Leyla Khazari Art Gallery-də gənc rəssamların qrup sərgisi "Tiny Worlds"un açılışı baş tutub - FOTO
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
XƏBƏR LENTİ
-
İki nəfər kanalda batıb
-
Gədəbəyə diametri 11 mm olan dolu düşüb
-
BDU-nun 6200-dən çox tələbəsi məzun olur
-
HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - FOTO
-
11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
Lənkəranda şəlalədə faciə: Bir nəfər batıb - YENİLƏNİB
-
Qusarda baba çayda boğulub, nəvəsini polis xilas edib - FOTO
-
“Facebook” və “Instagram” çökdü - YENİLƏNİB
-
Rüfət Səfərova hökm oxundu
-
“Sədərək”də biznesmeni bıçaqladılar
-
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
-
Netanyahu İlham Əliyevə məktub ünvanlayıb
-
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar keçirilib - FOTO
-
Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib
-
Universiteti bitirirlər, amma öz ixtisası üzrə işləmirlər - MÜSAHİBƏ
-
Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Şükran Cəfərovanın solo konserti böyük uğurla keçirilib - FOTO
-
Balakəndə 10 mindən çox çətənə kolu məhv edilib
-
Qəbələdə baş verən zəlzələdən görüntülər - VİDEO
-
Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə: El-Ninyo rekord qıra bilər
-
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
-
Baş nazirin qərarı ilə Hacıqabulda enerji zonası yaradıldı
-
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
-
1-ci sinif rus bölməsi bağlanır? - Qurumdan açıqlama
-
İcra başçısı Qəbələdəki zəlzələ ilə bağlı danışdı





