HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə "Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması" mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.
Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin də iştirak etdiyi təlim bir neçə mərhələdə həyata keçirilib.
Təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə bacarıqlarının və komanda-qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması olub.
Plana əsasən təlimə cəlb olunan bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilərək əməliyyat rayonlarına çıxarılıb.
Təlimdə HDQ-nin və DSXSM-nin gəmi-taktiki və gəmi-zərbə qrupları, eləcə də HHQ-nin insansız hava vasitələri tərəfindən patrulaparma fəaliyyətləri, təxribat və hücum cəhdlərinin qarşısının alınması, həmçinin hava, suüstü və sualtı vasitələrinin, üzən minaların, bazalaşma məntəqələrinin məhv edilməsi və zərərsizləşdirilməsi üzrə döyüş çalışmaları uğurla yerinə yetirilib.
Sonrakı mərhələdə dəniz xüsusi təyinatlı bölmələri HDQ-nin və DSXSM-in gəmiləri ilə qarşılıqlı fəaliyyətdə dənizdə və sahildə yerləşən kritik infrastruktur obyektlərinin, sahilyanı ərazilərin mühafizəsi və müdafiəsi tapşırıqlarını icra edib, şərti düşmənin təxribat və hücum fəaliyyətlərinin qarşısının alınması məqsədilə kəşfiyyat-diversiya qruplarının məhv edilməsi fəaliyyətlərini yerinə yetirib, eləcə də HHQ-nin helikopterlərinin dəstəyi ilə terrorçu qrupların bazalaşma məntəqələrinə eniş edərək adada və sahilyanı ərazidə sığınacaqlarda gizlənmiş silahlı qrupları zərərsizləşdirib.
Dəniz xüsusi təyinatlılardan ibarət Gəmi Əməliyyatları Qrupları helikopterlərin havadan, DSX-nin və HDQ-nin artilleriya katerlərinin dənizdən atəş dəstəyi ilə ələ keçirilmiş gəminin dayandırılması, gəminin və girov saxlanılan insanların xilas edilməsi üzrə döyüş tapşırıqlarını icra edib.
Dəniz piyada bölmələri terrorçu qruplar tərəfindən ələ keçirilmiş yaşayış məntəqəsində saxlanılan girovların azad olunması üzrə taktiki fəaliyyətləri yerinə yetirib. Terrorçu qruplar tərəfində partladılan gəmidə yanğının söndürülməsi, yaralıların və suya düşmüş insanların xilas edilməsi, eləcə də gəminin sualtı hissəsinə quraşdırılmış minaların zərəsizləşdirlməsi üzrə fəaliyyətlər HDQ-nin Axtarış Xilasetmə Xidmətinin, eləcə də FHN-in gəmi və katerlərinin, dalğıc və xilasedicilərinin, yanğınsöndürmə və xilasetmə helikopterlərinin cəlb edilməsi ilə yerinə yetirilib.
İti sürətli xilasetmə katerləri vasitəsilə ağır yaralıların ən qısa zamanda tibbi gəmiyə təxliyyəsi və onlara tibbi yardımın göstərilməsi üzrə elementlər də bu mərhələdə icra edilib.
Sonda təlimə cəlb edilmiş qurumların gəmi, kater və xüsusi texnikaların, eləcə də silahlanmaya yeni qəbul edilmiş silahlı insansız dəniz vasitələrinin nümunəvi keçidi icra edilib.
Döyüş atışlı taktiki təlimdə əsas diqqət Xəzər dənizinin ümumi su məkanında, Azərbaycana məxsus ərazi sularında və sahilyanı ərazilərindəki kritik enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə tapşırıqların həllində digər qoşun növləri və silahlı birləşmələrlə birgə fəaliyyətlərin təkmilləşdirilməsinə, qarşılıqlı əlaqənin təşkilinə, həmçinin müxtəlif şəraitlərdə gəmilərin idarə olunmasına yönəldilib.
Təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Şəmkirdə ağır qəza - 5 nəfər öldü - (Yenilənib)
-
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
-
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi açıqlanıb
-
Şagirdlərin elektron yerdəyişməsi başlayır
XƏBƏR LENTİ
-
Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Lamin Yamalın rekordunu yenilədi
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Şəmkirdə ağır qəza - 5 nəfər öldü - (Yenilənib)
-
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
-
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi açıqlanıb
-
İstanbul aeroportu yeni rekorda imza atıb
-
Şagirdlərin elektron yerdəyişməsi başlayır
-
Sürücüsüz avtomobillər Azərbaycana gəlir?
-
4 yaşlı “Fənərbağça” azarkeşinin formasını çıxartdırdılar – Matçda qalmaqal - (Video)
-
Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – (Video)
-
ABŞ səfirliyi işçi axtarır: 40 min manat maaş veriləcək
-
Rusiyada güclü zəlzələ oldu
-
Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb - Yenilənib - Foto
-
Qardaşını xilas edərkən həyatını itirən Gülnaz vağzalı ilə dəfn olundu - (Video)
-
Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI
-
Qazaxıstan onu Azərbaycana təhvil verdi
-
Elvin Cəfərquliyev 2 həftə oynamayacaq
-
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
-
"Qarabağ"ın vurduğu 1-ci qoldan sonra stadionda yaşlı kişinin ürəyi getdi - (Video)
-
Dünyanın ən çirkin iti seçildi: 5000 dollar mükafat - (Foto)
-
Mourinyo oyuna niyə gözü göyərmiş halda çıxıb? - (Foto)
-
Odissey kimdir? - Homerin ölməz qəhrəmanı, Nolanın yeni filminin sirli dünyası... - (Foto)
-
Bu qadını görənlər polisə xəbər versin





