Cəmiyyət

Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək

12 İyun 2026 17:05
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qaydaların tətbiqi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif edilib. Layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin sosial platformalarda şəxsi hesab açmasına icazə verilməyəcək.

Məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Yeni tələblərə görə, platformalarda qeydiyyat zamanı istifadəçilərin yaşı yoxlanılmalı və yaş məhdudiyyətinə əməl olunmasına nəzarət edilməlidir.

Paytaxt sakinləri arasında keçirdiyi sorğuda vətəndaşların əksəriyyəti bu təşəbbüsü dəstəklədiklərini bildiriblər. Onlar hesab edirlər ki, uşaqlar sosial şəbəkələrdə yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşır və bəzən həmin davranışları təqlid edirlər.

Qanun layihəsinə əsasən, hansı platformalara bu tələblərin tətbiq ediləcəyi aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunacaq. Həmçinin yaşın təsdiqlənməsi və 16-18 yaş arası istifadəçilər üçün valideyn razılığının alınması məqsədilə bank kartı, elektron poçt və mobil nömrə kimi məlumatlardan istifadə edilməsi nəzərdə tutulur.

Asya

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.