İdman

11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi

12 İyun 2026 18:52
Baxış: 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misli Premyer Liqasında mübarizə aparan klublardan birinin təşəbbüsü ilə UEFA-ya və CAS-a müraciət olunub.

Milli.Az xəbər verir ki, müraciət "Turan Tovuz"un 2026/27 mövsümü avrokuboklardan uzaqlaşdırılması barədə UEFA-nın verdiyi qərarla bağlı bağlıdır.

Tovuz klubunun CAS-a şikayətinə dəstək məqsədilə ünvanlanan müraciəti "Zirə" də daxil olmaqla Misli Premyer Liqasında yarışan 11 klub ("Turan Tovuz" istisna olmaqla) imzalayıb. 

Məktubda "Turan Tovuz"un Azərbaycan futbolunun inkişafında oynadığı mühüm rol, son illər apardığı işlər və daha öncə baş verən proseslərin əvvəlki rəhbərliyin dövründə olduğu qeyd edilib.

Əlavə edək ki, CAS-da "Turan Tovuz"un şikayətinə iyunun 15-də baxılacağı gözlənilir. (qol.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.