İdman

PSJ Olise üçün hərəkətə keçdi

12 İyun 2026 11:00
Baxış: 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

PSJ bu yay "Bavariya"nın cinah oyunçusu Maykl Oliseni almaqda maraqlıdır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə "L'Equipe"ə istinadən məlumat verir.

Mənbəyə görə, Paris klubu fransız cinah oyunçusunu özlərinə qoşulmağa razı sala biləcəklərinə inanır. Maliyyə məsələləri PSJ üçün maneə olmayacaq. Bundan əlavə, hücumçu Bredli Barkolanın potensial gedişi Olisenin transferini asanlaşdıra bilər.

Ötən mövsüm Olise bütün turnirlərdə 52 oyunda meydana çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 150 milyon avrodur.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.