Yay mövsümündə əhali Bakıdan ən çox hansı istiqamətlərə uçurlar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümünün başlaması ilə səyahət planları da aktuallaşır. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın müxtəlif regionlarına 40-a yaxın aviaşirkət tərəfindən müntəzəm reyslər həyata keçirilir. "AZAL", "Turkish Airlines", "Lufthansa", "LOT Polish Airlines", "Air Astana", "Wizz Air", "Pegasus Airlines", "AJet", "Air Astana", "Centrum Air", "China Southern" və digər beynəlxalq aviadaşıyıcılar sərnişinlərə geniş marşrut şəbəkəsi təqdim edir.
Milli.Az xəbər verir ki, yay mövsümündə ən yüksək tələbat ənənəvi olaraq Türkiyənin kurort şəhərləri və Avropanın məşhur turizm mərkəzləri üzrə müşahidə olunur. Antalya, Bodrum, İzmir, Roma, Milan, Paris, Barselona, Praqa və Vyana kimi istiqamətlər bu mövsümdə sərnişinlərin ən çox üstünlük verdiyi marşrutlar sırasındadır.
Son illərdə Asiya və Mərkəzi Asiyaya maraq da əhəmiyyətli dərəcədə artıb. Azərbaycan və Çin arasında tətbiq olunan vizasız rejimdən sonra Pekin və Urumçi istiqamətləri sərnişinlər üçün daha cəlbedici olub. Astana, Almatı, Daşkənd, Şımkənd, və Səmərqənd kimi şəhərlər isə tarixi İpək Yolu irsi, zəngin mədəniyyəti və inkişaf edən turizm potensialı ilə diqqət çəkir.
Bununla yanaşı, yay mövsümündə Bakıdan həyata keçirilən uçuş şəbəkəsi yeni aviaşirkətlərin qoşulması ilə daha da genişlənib. "Air Serbia"- nın Belqrad, "Airblue"-nun Lahor və "FlyOne"-nın Daşkənd istiqamətlərində təklif etdiyi uçuşlar sərnişinlərə daha çox seçim və əlavə səyahət imkanları yaradır.
Artan tələbatı nəzərə alaraq sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmaq və aviabiletlərini erkən əldə etmək tövsiyə olunur. Uçuş cədvəlləri və aviabiletlər barədə ətraflı məlumatı müvafiq aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək mümkündür.
Aysel
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İstanbul hava limanında 746 min manatlıq narkotik ələ keçirildi - FOTO
-
Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
-
Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
-
Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi
-
Stilist Anar Pərvin Abıyevanın görünüşünü dəyişdi - VİDEO
-
İsti havalarda az yemək təhlükəli ola bilər
-
Türkiyədə müğənninin Ərdoğan üçün ifası diqqət çəkib - VİDEO
-
Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Yay mövsümündə əhali Bakıdan ən çox hansı istiqamətlərə uçurlar?
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
PSJ Olise üçün hərəkətə keçdi
-
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
-
Novxanı və Xırdalanın bəzi ərazilərində qaz kəsilib
-
Kəmalə Günəşli: "Oğlumdan əl çəkin!"
-
ABŞ vizası ala bilməyənlərə pulsuz televizor verdilər - FOTO
-
DYP-dən məzunlara və valideynlərə vacib çağırış
-
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO
-
Yaponiya millisində karyerasını başa vurdu
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi





