Dünya

İstanbul hava limanında 746 min manatlıq narkotik ələ keçirildi - FOTO

12 İyun 2026 12:30
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İstanbul hava limanında böyük narkotik əməliyyatı keçirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniya pasportuna malik sərnişinin çamadanına baxış zamanı 22,5 kiloqram marixuana aşkarlanıb.

Gömrük əməkdaşları tərəfindən rentgen yoxlaması zamanı paketlərə qablaşdırılmış narkotik vasitələr müəyyən edilib və sərnişin nəzarətə götürülüb.

Müsadirə olunan narkotiklərin bazar dəyərinin təxminən 20 milyon 300 min lirə (təqribən 746 min manat) olduğu bildirilir.

Şübhəli şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.