Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
Azərbaycanda qida istehsalı və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas yük özəl sektorun üzərinə düşür.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə bildirib.
Nazirin sözlərinə görə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qida sənayesi və aqrar dəyər zəncirinin fəaliyyəti əsasən özəl sektor tərəfindən həyata keçirilir.
"Azərbaycanın kənd təsərrüfatı istehsalı, qida istehsalı, ərzaq təhlükəsizliyi və aqrar dəyər zəncirinin fəaliyyəti faktiki olaraq 100 % özəl sektorun hesabına təmin olunur. Prezident İlham Əliyevin son müşavirədə investorlara və sahibkarlara ünvanladığı çağırış da məhz özəl sektorun aqrar sahənin inkişafındakı mühüm rolundan irəli gəlir", - deyə nazir vurğulayıb.
M. Məmmədov qeyd edib ki, qarşıdakı dövrdə aqrar sahənin inkişafı üçün dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi, investisiyaların artırılması və müasir istehsal yanaşmalarının geniş tətbiqi xüsusi əhəmiyyət daşıyacaq.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda aqrar sektorun inkişafında yeni yanaşmalara ehtiyac yaranıb: "Ötən il kənd təsərrüfatının ölkənin ümumi daxili məhsulunda payı 5,9 %, qeyri-neft ÜDM-ində isə 8-10 % təşkil edib.
Kənd yerlərində yaşayan əhalinin təxminən yarısı bu sahədə çalışsa da, son illərdə sektorda orta illik artım cəmi 1 %-ə yaxın olub. Uzun illər kənd təsərrüfatında artım əsasən əkin sahələrinin genişləndirilməsi hesabına təmin edilib. Əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması istehsalın artmasına imkan yaradırdı. Lakin bu yanaşma artıq öz potensialını demək olar ki, tükədib.
Bundan sonra inkişafın əsas hərəkətverici qüvvəsi məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və daha səmərəli istehsal modelinə keçid olmalıdır. Hazırda aqrar sektorun qarşısında torpaq sahələrinin kiçik və pərakəndə olması, su təminatındakı çətinliklər, iqlim dəyişikliklərinin təsirləri, kadr çatışmazlığı, eləcə də məhsuldarlığın mövcud potensialdan aşağı səviyyədə qalması kimi ciddi çağırışlar dayanır", - deyə nazir vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
Azərbaycan Rusiyanı təbrik edib
XƏBƏR LENTİ
-
Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi
-
Məşhur türkiyəli müğənni 72 kilo arıqlayıb tanınmaz hala düşdü - VİDEO
-
“Qalatasaray” Van Deykə təklif göndərəcək
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var
-
Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığında YANĞIN
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
-
DÇ-2026-nın açılışında ölüm hadisəsi olub
-
İstanbul hava limanında 746 min manatlıq narkotik ələ keçirildi - FOTO
-
Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
-
Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
-
Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi
-
Stilist Anar Pərvin Abıyevanın görünüşünü dəyişdi - VİDEO
-
İsti havalarda az yemək təhlükəli ola bilər
-
Türkiyədə müğənninin Ərdoğan üçün ifası diqqət çəkib - VİDEO
-
Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA





