Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçiriləcək İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat" mövzusuna həsr olunmuş İİB-in Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunacaq. HELF və AZHAB Forumunun güclü tərəflərini bir araya gətirəcək tədbir qlobal halal iqtisadiyyatın gələcəyi ilə bağlı dialoq, tərəfdaşlıq və əməkdaşlıq üçün unikal müzakirə platforması yaradacaq.
Tədbir iyunun 16-da İİB Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumu (PSF 2026) daxilində təşkil olunacaq.
Qeyd edək ki, AZHAB Forumu artıq üçüncü dəfədir keçirilir. Forum haqqında ətraflı məlumatı www.azhabforum.az səhifəsindən əldə etmək olar.
HELF/AZHAB Forumu 2026 İİB Qrupuna üzv və digər ölkələrdən yüksəksəviyyəli dövlət rəsmilərini, siyasətçiləri, sənaye liderlərini, maliyyə institutlarını, inkişaf təşkilatlarını, investorları və özəl sektor nümayəndələrini bir araya gətirəcək. Forumda etik halal biznes modelləri, halal KOB-lar, davamlılıq və yaşıl keçid, innovasiya və regional iqtisadi inteqrasiya mövzuları müzakirə ediləcək. Tədbirin məqsədi daha dayanıqlı, davamlı və qlobal əlaqələrə malik halal ekosistemlərin inkişafına töhfə verəcək praktiki tərəfdaşlıqların, investisiya imkanlarının, texniki əməkdaşlıq təşəbbüslərinin və bilik mübadiləsinin təşviq edilməsidir. Forum çərçivəsində "Strateji liderlik dialoqu: Etik halal biznes modelləri və dayanıqlı maliyyələşmə", "Halal sənayesinin liderləri: İnnovasiya, etimad və qlobal artımın hərəkətverici qüvvəsi", "Halal KOB-lar və davamlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv inkişaf", "Halal sənaye zonaları: aparıcı halal ekosistemin inkişafı" mövzularında panel müzakirələri təşkil olunacaq. Bundan başqa, "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyatı" mövzusunda Nazirlər Sessiyası keçiriləcək. Sessiyada nazirlər və yüksəkvəzifəli dövlət nümayəndələri halal iqtisadiyyatı üzrə siyasət prioritetlərini və əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Eyni zamanda Forum iştirakçılara yeni tərəfdaşlıqlar qurmaq, İİB Qrupu və tərəfdaşları tərəfindən təqdim olunan maliyyə alətləri, dəstək mexanizmləri və ixtisaslaşmış proqramlar barədə məlumat əldə etmək imkanı yaradacaq.
HELF/AZHAB Forumu 2026 İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzi (KL CoE), Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum), Malayziyanın Halal İnkişaf Korporasiyası (HDC) və Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) əməkdaşlığı ilə təşkil olunacaq. Bu tərəfdaşlar halal ekosistemin inkişafı, bu sahədə sənayenin təşviqi, potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq sahələrində bir-birini tamamlayan təcrübəyə malikdirlər və daha inteqrasiya olunmuş, qlobal əlaqələrə malik halal iqtisadiyyatın inkişafına töhfə verirlər.
Forumun proqramı, spikerləri və qeydiyyat prosesi ilə bağlı ən son məlumatları Özəl Sektor Forumunun rəsmi internet səhifəsindən əldə etmək olar: https://isdbg-psf.org/.
DİGƏR XƏBƏRLƏR
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
XƏBƏR LENTİ
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Dursun Həsənov qəfildən vəfat etdi
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
-
Tailandda 15 günlük matəm elan olundu
-
Argentina millisində gözlənilməz çağırış: Tətilini yarımçıq qoydu - VİDEO
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
Afrikalı hakimin DÇ-2026-ya buraxılmamasının səbəbi bilindi
-
Məşhur türkiyəli müğənni 72 kilo arıqlayıb tanınmaz hala düşdü - VİDEO
-
“Qalatasaray” Van Deykə təklif göndərəcək
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
-
Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək
-
Sürücülük hüququ ömürlük verilə bilərmi?
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var
-
Masallıda 69 yaşlı qadın baltalanaraq öldürüldü
-
Ayın 13-də 35 dərəcə isti olacaq
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
-
DÇ-2026-nın açılışında ölüm hadisəsi olub
-
İstanbul hava limanında 746 min manatlıq narkotik ələ keçirildi - FOTO
-
Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
-
Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur





