Hadisə

Xırdalanda Dost Mərkəzinin yaxınlığında YANĞIN

12 İyun 2026 12:58
Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzinin yaxınlığında yanğın başlayıb.

Milli.Az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, keçən ilin avqust ayında da həmin Mərkəzdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın "Dost Mərkəzi"ndə deyil açıq ərazidə baş verib:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırdalan şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirlir".

Mina Mikayılova

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.