Siyasət

Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO

12 İyun 2026 12:47
Baxış: 246

Azərbaycanın Perudakı səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Mərasimlər idarəsinin rəisi Eduardo Migel Hilarion Peres del Solar Marsenaroya təqdim edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı Səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd edək ki, Seymur Fətəliyev ötən ilin oktyabrın 27-də Azərbaycanın Meksika Birləşmiş Ştatlarında səfiri vəzifəsinə təyin edilib.

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.