Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:
Hörmətli Vladimir Vladimiroviç.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm.
Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xaçmazda narkotik əkib-becərən və satan şəxslər saxlanılıb
-
Bakıda 66 yaşlı kişi dənizdə boğularaq öldü
-
Bölgələrdə yağış və şimşək müşahidə olunur
-
Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi
-
Stilist Anar Pərvin Abıyevanın görünüşünü dəyişdi - VİDEO
-
İsti havalarda az yemək təhlükəli ola bilər
-
Türkiyədə müğənninin Ərdoğan üçün ifası diqqət çəkib - VİDEO
-
Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Yay mövsümündə əhali Bakıdan ən çox hansı istiqamətlərə uçurlar?
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
PSJ Olise üçün hərəkətə keçdi
-
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
-
Novxanı və Xırdalanın bəzi ərazilərində qaz kəsilib
-
Kəmalə Günəşli: "Oğlumdan əl çəkin!"
-
ABŞ vizası ala bilməyənlərə pulsuz televizor verdilər - FOTO
-
DYP-dən məzunlara və valideynlərə vacib çağırış
-
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO
-
Yaponiya millisində karyerasını başa vurdu
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət





