Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 16-da Azərbaycanda Məhərrəm ayı başlayır.
Bu ayın əsas ənənələrindən biri də odur ki, müsəlmanların bir qismi Məhərrəmlikdə toy etmir.
Bəs məhərrəmlikdə toy etmək olarmı?
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Məhərrəm ayı İslam təqviminə görə ilin başlanğıc ayıdır.
"Məhərrəm ayı İslam təqviminə görə ilin başlanğıc ayıdır. Bu ay Quranda haram ay hesab olunur. Yəni, bu ayda savaşmaq, qan tökmək olmaz. Peyğəmbər bu ayın əvvəllərində bir neçə gün oruc tutarmış. Ramazan orucu fərz qılındıqdan sonra Aşura orucu sünnət hökmünə keçib. Bir çox hadisələrin də bu ayda baş verdiyi qeyd olunur. Hətta Musa peyğəmbərin Firondan xilas olmasının da bu aya təsadüf etdiyi bildirilir. Lakin Məhərrəm ayında ən yaddaqalan və geniş təsir oyadan hadisə Peyğəmbərin nəvəsi Həzrət Hüseynin Kərbəlada şəhid olmasıdır. Bu hadisədən sonra, müəllifin fikrincə, xüsusilə farslar həmin faciədən xilafət əleyhinə istifadə etməyə başlayıblar. Buna səbəb kimi İmam Hüseynin həyat yoldaşının Sasani şahının qızı olması göstərilir."
İlahiyyatçı qeyd edib ki, beləliklə, yas və matəm adı altında xilafət əleyhinə siyasi təbliğat və etiraz aksiyalarının təşkil edildiyi iddia olunur.
"Fars əsilli Büveyhilərin və erməni vəzirli Fatimilərin Məhərrəm ayından istifadə edərək İmam Hüseynin şəhadətini rəqib tərəfə qarşı fərqli ideoloji xəttə çevirdikləri qeyd edilir. Məhərrəm ayının matəm ayı elan olunması, qara geyinmək, mərsiyələr oxumaq, şüarlar səsləndirmək, bayraq və ələm qaldırmaq kimi ənənələr qədim fars və Sasani adətlərinin davamıdır. Həmin dövrlərdə şahlar üçün də bu formada yas mərasimləri keçirilirdi."
T. İrfan bildirib ki, İslam dinində isə matəm və yasın qəti şəkildə qadağan edildiyi vurğulanır.
"Ölən şəxs üçün yalnız üç gün yas saxlamağın mümkün olduğu bildirilir. Qeyd olunur ki, Həzrət Məhəmməd Peyğəmbərin sağlığında 6 övladı vəfat edib, əmisi Həmzə, əmisi oğlu Cəfər və digər çoxsaylı səhabələr şəhid olublar. Buna baxmayaraq, Peyğəmbər onların heç biri üçün ümumi matəm elan etməyib. Hətta Peyğəmbərin özü vəfat etdikdə belə ona yas və matəm mərasimləri keçirilmədiyi, sonrakı illərdə vəfatının ildönümünün qeyd olunmadığı bildirilir. Müəllif bunu İslamın ruhu ilə əlaqələndirir və qeyd edir ki, İslam insanın ölümdən sonra, xüsusilə də şəhid olduqdan sonra əbədi həyata qovuşduğunu qəbul edir."
İlahiyyatçı vurğulayıb ki, sonrakı dövrlərdə bəzi dairələr İmam Hüseynin şəhadətini ümumi matəm formasına çeviriblər.
"Bu ənənənin Azərbaycan ərazisinə də Səfəvilər dövründə keçdiyi qeyd olunur. Qurana, Peyğəmbərin sünnəsinə və Əhli-beytin mövqeyinə görə Məhərrəm ayı matəm ayı deyil. Bu ayda nikah və nişan mərasimlərinin keçirilməsi ilə bağlı hər hansı qadağa yoxdur. Yalnız İmam Hüseynin faciəvi şəhadətinin xatırlandığı günlərdə musiqili şənliklərin ehtiram əlaməti olaraq təxirə salınmasının etik baxımdan daha uyğun ola biləcəyi qeyd edilir."
T. İrfan qeyd edib ki, İslam dinindəki hökmlər vəhyin tamamlanması və Peyğəmbərin vəfatı ilə yekunlaşıb.
"Kərbəla hadisəsi isə bundan təxminən 50 il sonra baş verib. Buna görə də sonradan baş verən hadisələr əsasında dinə yeni qaydaların əlavə edilməsinin doğru olmadığı bildirilir. Əhli-beyti sevmək Məhərrəm ayında sinə vurmaq və ya baş yarmaq deyil. Əsas olan halal yaşamaq, ibadət etmək, dürüst olmaq və Əhli-beytin əxlaqını örnək götürməkdir.
İlahiyyatçı qeyd edib ki, İslam dinində matəm, yas saxlamaq kimi ibadət, ayin, əmr yoxdur.
"Vaxtilə Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin də tənqid etdiyi feodal molla sinfi bu ərəfədə xalqı istismar edib, nəzir, zəkat, xüms adı ilə vergi toplayıb, ələm gəzdirib pul yığıb. Odur ki, Qurana, İslama qayıdıb bu cür xurafatlardan uzaq olmaq vacibdir. İmam Hüseyni yas, matəmə yad etmək İslama, Qurana, Peyğəmbərin ənənəsinə tamamilə əksdir. Cənnətə gedən şəhid üçün sinə döyüb ağlayaq ki, niyə cənnətə getdi? Bu küfrdür, Allahın qədərinə üsyandır. Ümumiyyətlə Məhərrəm ayı ilə bağlı ənənəvi şəkildə istifadə olunan əməllərin çoxu fars xurafatı, İran mövhumatıdır. Çünki oradan başqa heç bir müsəlman ölkəsində Məhərrəm ayında nikah, evlilik edib etməmək mübahisə mövzusu deyil. Sabun işlətmək, çimmək, saça xına qoymaq olmaz deyirlər. Təəssüf ki, əhali arasında da bu xurafatları yayanlar var. Belə şeylər İmam Hüseynin ali amalına, şəhadət məqamına yaraşmayan, əksinə onu hörmətdən salmağa hesablanan cahiliyyət əməlləridir", - deyə ilahiyyatçı qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
XƏBƏR LENTİ
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi





