DYP-dən məzunlara və valideynlərə vacib çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" tədbirləri ilə əlaqədar məzunlara, valideynlərə və müəllimlərə müraciət edib.
Milli.Az xəbər verir ki, qurum ölkənin bütün bölgələrində keçiriləcək "Son zəng" mərasimlərinin iştirakçılarını təbrik edərək məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Müraciətdə qeyd olunub ki, əvvəlki illərin təcrübəsi bəzi məzun və yeniyetmələrin bayram günü valideynlərinə və ya yaxınlarına məxsus avtomobilləri idarə etməyə çalışdıqlarını göstərir. Bu cür halların isə ağır yol-nəqliyyat hadisələri və digər xoşagəlməz nəticələrlə yekunlaşdığı vurğulanıb.
DYP xatırladıb ki, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmək, həmçinin avtomobili belə şəxslərə həvalə etmək qanunla qadağandır və insanların həyatına ciddi təhlükə yaradır.
Bildirilib ki, skuterlərin idarə olunması üçün müəyyən yaş məhdudiyyəti mövcuddur, moped və motosiklet sürmək üçün isə müvafiq sürücülük hüququ tələb edilir. Həmin nəqliyyat vasitələrinin qaydalara zidd şəkildə idarə olunması və təhlükəli manevrlər üçün istifadə edilməsi ağır qəzalarla nəticələnə bilər.
Valideynlərə övladlarının davranışlarına daha diqqətlə nəzarət etmələri, onların həyat və sağlamlığı üçün risk yarada biləcək halların qarşısını vaxtında almaları tövsiyə olunub.
Eyni zamanda avtomobil icarəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə verməmək çağırışı edilib.
Qeyd olunub ki, "Son zəng" günü məktəblərin ətrafında, məzunların daha çox toplaşdığı ərazilərdə və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.
DYP bütün hərəkət iştirakçılarını polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyə və təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb.
Məzunlara müraciətdə isə bildirilib ki, həyatlarının bu əlamətdar gününü təhlükəsiz keçirmələri, özlərinin və ətrafdakı insanların həyatını risk altına salacaq davranışlardan uzaq durmaları vacibdir.
Sonda bütün məzunlara sağlamlıq, təhlükəsiz gələcək və yeni həyat mərhələsində uğurlar arzulanıb.
Aysel
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!





