Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində fiziki və hüquqi şəxslərin həm fərdi, həm də kollektiv müraciətlərinin elektron qaydada Elektron Hökumət İnformasiya Sistemindəki (EHİS) elektron kabinetləri üzərindən təqdim edilməsi və cavablandırılmasının hüquqi əsasları formalaşdırılıb. Məqsəd şəxslərin qurumlar ilə qarşılıqlı əlaqələrinin daha çevik, əlçatan və səmərəli təşkilinin təminidir.
Milli.Az xəbər verir ki, dəyişikliyə əsasən, elektron müraciətlərin təqdim edilməsi, eləcə də vətəndaşların qəbula yazılması vasitələrinə şəxslərin EHİS-dəki elektron kabinetləri əlavə olunub. Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçiminə uyğun olaraq EHİS-dəki elektron kabineti, elektron ünvanı və ya poçt ünvanına göndərilməklə yazılı cavab veriləcək.
Bununla yanaşı, EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla, elektron müraciətlərdə qanunvericiliklə nəzərdə tutulmuş zəruri məlumatlar (EHİS vasitəsilə cavablandırılmasının istənildiyi hallarda fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və ya elektron ünvan) göstərilmədikdə, müraciətə yazılı cavab poçt vasitəsilə göndəriləcək.
Xatırladaq ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadığı hallarda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə də şamil edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib
-
Universiteti bitirirlər, amma öz ixtisası üzrə işləmirlər - MÜSAHİBƏ
-
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
-
1-ci sinif rus bölməsi bağlanır? - Qurumdan açıqlama
-
Ehsan ləğv olunan rayonlar - Siyahı
-
Metroda itən əşyaların aqibəti necə olur?
XƏBƏR LENTİ
-
Anass Derrazın cəzası azaldılıb
-
Serdar Ortaçın vəziyyəti pisləşdi
-
Əraqçi: Sülhə heç vaxt olmadığı qədər yaxınıq
-
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
İki nəfər kanalda batıb
-
Gədəbəyə diametri 11 mm olan dolu düşüb
-
BDU-nun 6200-dən çox tələbəsi məzun olur
-
HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - FOTO
-
11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
Lənkəranda şəlalədə faciə: Bir nəfər batıb - YENİLƏNİB
-
Qusarda baba çayda boğulub, nəvəsini polis xilas edib - FOTO
-
“Facebook” və “Instagram” çökdü - YENİLƏNİB
-
Rüfət Səfərova hökm oxundu
-
“Sədərək”də biznesmeni bıçaqladılar
-
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
-
Netanyahu İlham Əliyevə məktub ünvanlayıb
-
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar keçirilib - FOTO
-
Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib
-
Universiteti bitirirlər, amma öz ixtisası üzrə işləmirlər - MÜSAHİBƏ
-
Kamera və Orqan Musiqisi Zalında gənc pianoçu Şükran Cəfərovanın solo konserti böyük uğurla keçirilib - FOTO
-
Balakəndə 10 mindən çox çətənə kolu məhv edilib
-
Qəbələdə baş verən zəlzələdən görüntülər - VİDEO
-
Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə: El-Ninyo rekord qıra bilər
-
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb





