“Tərəqqi” medalı ilə təltif olunan “Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il "Azərxalça" ASC - nin yaranmasının 10 illik yubileyi münasibəti ilə Cəmiyyətin 18 toxucu və mütəxəssis heyəti Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə mükafata layiq görülüb. Prezident İlham Əliyev mayın 4-də Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
İyun ayının 5-də bütün mükafatçıların da iştirakı ilə "Tərəqqi" medalları təqdim olundu. Təqdirə layiq haldır ki, mükafatçılar sırasında "Azərxalça" ASC-nin Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 11 emalatxanasında çalışan toxucu qadınlar çoxluq təşkil edir.
"Azərxalça" ASC Azərbaycanda region qadınlarının işlə təmin olunması və sosiallaşmasında aparıcı rol oynayan ən böyük qurumlardan biridir. Səhmdar Cəmiyyətinin fəaliyyəti milli xalçaçılıq irsinin qorunması ilə yanaşı, birbaşa qadın əməyinin dəstəklənməsinə yönəlib.
Tədbiri açıq elan edən "Azərxalça" ASC İdarə heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov xüsusi olaraq qeyd etdi ki: "Qürür verici haldır ki, müəssisənin müxtəlif bölgələrdə fəaliyyət göstərən 11 emalatxanasında yüzlərlə toxucu qadınçalışır. Bu qadınların böyük qismi kənd yerlərində yaşayan və əvvəllər rəsmi iş yeri olmayan xanımlardır.
Emalatxanalarda yaşı 18-dən 80-ə qədər olan müxtəlif nəsillərin nümayəndələrinin birgə fəaliyyət göstərməsinə şərait yaradılır. Dünyanın çoxsaylı ölkələrində (məsələn, ABŞ-da, Avropada) keçirilən beynəlxalq sərgilərdə Azərbaycan xalçaları ilə yanaşı, onları toxuyan region qadınlarının hekayələri və əməyi də xüsusi olaraq işıqlandırılır. Və sonda vurğulandı ki, "Azərxalça" ASC-nin istehsalı olan, alınan hər bir əl işi xalça birbaşa regionda yaşayan ən azı bir toxucu qadının büdcəsinə və onun müstəqil fərd kimi güclənməsinə töhfə verir".
Sonda Emin Məmmədov xüsusi qeyd etdi ki, "Azərxalça" ASC-də çalışan toxucu qadınların əməyinin bu səviyyədə qiymətləndirilməsi nəyinki bizim işçilərə, ümumilikdə çalışan Azərbaycan qadınına verilən dəyərin bariz nümunəsidir. Bu münasibətlə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə xüsusi minnətdarlığımızı çatdıraraq bildiririk ki, Azərbaycanın çoxəsrlik milli xalçaçılıq sənətinin qorunması, inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirdiyiniz misilsiz xidmətlər hər bir xalçaçının qəlbində dərin minnətdarlıq hissi doğurur.
Xalçaçılığın inkişafına dəstək, Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi və dünyanın ən nüfuzlu muzeylərində layiqincə nümayiş olunması yolunda sənətə və sənətkara olan ali diqqətinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Hörmətli Mehriban xanım Əliyevaya da xüsusi təşəkkürümüzü bildiririk.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Tərəqqi” medalı ilə təltif olunan “Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
-
Uşaq Filarmoniyasında “Nağılın qonağında” adlı musiqili-poetik konsert keçirilib - FOTO
-
Bakıda ilk dəfə möhtəşəm festival keçiriləcək - İçərişəhər altı gün ərzində Argentina tanqosunun ritmlərinə qərq olacaq
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
XƏBƏR LENTİ
-
Ramil Şeydayev özünə yeni klub TAPDI
-
Yevlaxda körpə ölü doğuldu
-
Məşhur türk serialı sabah final edir - FOTO
-
“Qəbələ” kot-divuarlı oyunçusunu göndərdi
-
Nazirlik yeni imtahan modelini tətbiq etdi
-
“Tərəqqi” medalı ilə təltif olunan “Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
-
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
-
"Saytın adını Əli ilə mən seçməmişik" - Famil Fərhadoğlu
-
“Qarabağ”dan yeni TRANSFER: Braziliyalı futbolçu alacaq FOTO
-
Kitabxanaçılar da attestasiyayadan keçiriləcək
-
Azərbaycanda əhalinin gəlirləri artdı
-
ABŞ İrana cavab zərbəsi endirdi
-
18 il axtarışda olan azərbaycanlı qanuni oğru Rusiyada saxlanıldı
-
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
-
Ağsuda yük avtomobili aşıb - 2 nəfər xəsarət alıb
-
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ilə bağlı qərar verildi
-
Yatan kanadalı əsgəri top atəşi ilə oyatdılar – VİDEO
-
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
Yasamalda yanğın təhlükəsi yaradan mebel sexi bağlandı - VİDEO
-
Dünyanın ən təhlükəsiz 10 ÖLKƏSİ - SİYAHI
-
İranda mədən uçdu: Ölən var
-
Kabab sevənlərin diqqətinə: Bu dəyişiklik müzakirə yaratdı
-
Metroda yer DAVASI: 1 təpiklə yaşlı qadına yerini göstərdi - VİDEO





