Kabab sevənlərin diqqətinə: Bu dəyişiklik müzakirə yaratdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlər ictimai iaşə müəssisələrində təqdim olunan şiş kababların porsiyası ilə bağlı istehlakçılar arasında narazılıqların artdığı müşahidə olunur. Belə ki, müştərilər bildirirlər ki, bir şişdə təqdim olunan ət tikələrinin sayı azalıb, lakin qiymətlərdə artım da davam edir. Restoran və kafelərdə qiymət siyasətində baş verən dəyişikliklər fonunda porsiyaların da kiçilməsi istehlakçıların etirazı ilə qarşılanır.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bəzi restoranlarda kabab porsiyalarının kiçildilməsi və qiymətlərin artırılması ilə bağlı istehlakçılardan təxminən üç ildən artıqdır ki, şikayətlər daxil olur. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var.
"Əsas səbəblərdən biri restoran biznesinin sürətlə inkişaf etməsi fonunda bu sahəyə tələbatın kəskin artmasıdır. İnsanların restoranlarda qidalanmağa marağı xeyli yüksəlib. Xüsusilə yay aylarında bölgələrdə aparılan müşahidələr göstərir ki, bəzi ərazilərdə tələb təklifi ciddi şəkildə üstələyir. Mənim müşahidələrimə görə, bu vəziyyət daha çox Quba-Qusar zonasında özünü göstərir. Eyni hal Gəncə bölgəsində də müşahidə olunur. Nisbətən daha balanslı vəziyyət isə cənub bölgəsindədir. Burada tələb təklifi o qədər də üstələmir".
AİB sədri vurğulayıb ki, bazar iqtisadiyyatında tələb təklifi üstələdikdə bəzi sahibkarlar bundan sui-istifadə etməyə çalışırlar:
"Nəticədə istehlakçının aldadılması, xidmət və məhsul keyfiyyətinin aşağı düşməsi, qiymətlərin isə yüksəlməsi halları meydana çıxır.
Digər mühüm səbəb isə restoranlar da daxil olmaqla biznes subyektləri üçün formalaşmış nəzarət mexanizmlərinin yetərincə effektiv olmamasıdır. Nəzarət və yoxlama aparan qurumların imkanlarının məhdud olması bəzi obyektlər tərəfindən sui-istifadə hallarına şərait yaradır. Bu da istehlakçı hüquqlarının pozulmasına səbəb olur".
O eyni zamanda əlavə edib ki, əslində, menyuda kababın çəkisi, hansı ətdən hazırlandığı və qiyməti aydın şəkildə göstərilməlidir:
"Lakin qanunvericiliyin bəzi hallarda yetərincə işlək olmaması, istehlakçı hüquqlarının tam qorunmaması, eləcə də qiymətlərə nəzarətin zəifliyi müəyyən problemlər yaradır. Qiymətlərin sərbəst olması bəzi restoranların bu vəziyyətdən öz maraqları naminə istifadə etməsinə gətirib çıxarır.
Xüsusilə turistlərin daha çox üz tutduğu məkanlarda belə hallara rast gəlinir. Bəzi sahibkarlar düşünürlər ki, turist həmin məkana yalnız bir dəfə gələcək və buna görə də ona istənilən qiyməti tətbiq etmək mümkündür".
E.Hüseynov onu da diqqətə çatdırıb ki, bəzi istirahət məkanlarında və turizm obyektlərində bir çaynik çayın həddindən artıq yüksək qiymətə təklif edilməsi ilə bağlı faktlar da mütəmadi olaraq gündəmə gəlir.
Bu cür hallar Azərbaycanın turizm imicinə də mənfi təsir göstərir. Problemin həlli üçün ictimai nəzarət gücləndirilməli, istehlakçı hüquqları daha etibarlı şəkildə qorunmalı, biznes etikası yüksəldilməli və sahibkarların məsuliyyəti artırılmalıdır.
Azərbaycanın tanınmış kulinariya tarixçisi, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirib ki, bahalaşma şəraitində ya məhsulun qiyməti yüksəlməli, ya da çəkisi azaldılmalıdır.
"Çörəkdə olduğu kimi, ya qiymət artmalıdır, ya da çəki azalmalıdır. Əks halda keyfiyyətsiz, daha ucuz ət növlərindən və ya ət əvəzedicilərindən istifadə olunmalıdır. Başqa yolu yoxdur".
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli isə deyib ki, xammalın qiyməti artdığı halda restoranlar satış qiymətlərini yüksəltmək istəmirlərsə, porsiyanın çəkisinin azaldılması qaçılmaz olur.
"Əgər xammal bahalaşırsa və restoran qiymətləri artırmaq istəmirsə, məntiq göstərir ki, bu halda çəki azalmalıdır. Bu, normal haldır. Ya qiymət qalxmalıdır, ya da çəki azalmalıdır", - deyə F.Aşurbəyli vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ilə bağlı qərar verildi
-
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
-
Kabab sevənlərin diqqətinə: Bu dəyişiklik müzakirə yaratdı
-
Bakı-Tbilisi qatarlarında dəyişiklik: Sərnişinlərə sevindirici XƏBƏR
-
Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
-
"Manset.az" xəbər portalı 5 yaşını qeyd edir
XƏBƏR LENTİ
-
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
-
Ağsuda yük avtomobili aşıb - 2 nəfər xəsarət alıb
-
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ilə bağlı qərar verildi
-
Yatan kanadalı əsgəri top atəşi ilə oyatdılar – VİDEO
-
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
Yasamalda yanğın təhlükəsi yaradan mebel sexi bağlandı - VİDEO
-
Dünyanın ən təhlükəsiz 10 ÖLKƏSİ - SİYAHI
-
İranda mədən uçdu: Ölən var
-
Kabab sevənlərin diqqətinə: Bu dəyişiklik müzakirə yaratdı
-
Metroda yer DAVASI: 1 təpiklə yaşlı qadına yerini göstərdi - VİDEO
-
Messi uzun müddət sonra meydana çıxdı
-
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlandı
-
Dənizdə öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
-
XİN Portuqaliyanı təbrik etdi
-
Qırğızıstanın keçmiş naziri indi kuryer işləyir - VİDEO
-
Sumqayıtın bu hissəsində qaz təchizatı dayandırılacaq
-
Bakı-Tbilisi qatarlarında dəyişiklik: Sərnişinlərə sevindirici XƏBƏR
-
Bir gündə 63 cinayət açıldı, 73 nəfər saxlanıldı
-
Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
-
11 günlük komadan AYILDI - VİDEO
-
"Manset.az" xəbər portalı 5 yaşını qeyd edir
-
Azərbaycanda kişini eşşək dişlədi - ÖLDÜ
-
Şüvəlanda “Türk dünyasına səyahət” adlı tədbir keçirilib - FOTO





