Şüvəlanda “Türk dünyasına səyahət” adlı tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
9 iyun 2026-cı il tarixində Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbdə "Türk dünyasına səyahət" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşlığı ilə təşkil olunub.
Milli.Az xəbər verir ki, türk xalqlarının zəngin tarixi-mədəni irsinin, ortaq mənəvi dəyərlərinin və qardaşlıq əlaqələrinin təbliği məqsədi daşıyan tədbirdə Türk dövlətlərinin milli-mədəni irsini, adət-ənənələrini və mətbəx nümunələrini əks etdirən tematik çadırlar nümayiş etdirilib. Məktəbin həyətində qurulan ekspozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsində 156 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən türk xalqlarına məxsus musiqi və rəqs nömrələri, milli oyunlar və müxtəlif bədii-kompozisiyalar təqdim olunub. Şagirdlərin çıxışları türk dünyasının ortaq mədəni dəyərlərini və qardaşlıq ruhunu əks etdirərək tamaşaçıların rəğbətini qazanıb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Günay Əfəndiyeva, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Türk dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, kütləvi informasiya vasitələrinin təmsilçiləri, təhsil ictimaiyyəti və digər qonaqlar iştirak ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
XƏBƏR LENTİ
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir





