“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 may - 3 iyun tarixlərində Azərbaycan Dövlət Uşaq Filarmoniyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən "Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış mərasimi ilə yekunlaşıb.
Dörd gün ərzində davam edən festival çərçivəsində müxtəlif musiqi janrlarını əhatə edən konsert proqramları - klassik musiqi axşamı, estrada caz konserti, "Retro dalğası", Uşaq Xor Kapellası, qiraət və teatr təqdimatları, sərgilər təşkil olunub.
Festival günlərində Azərbaycanın müxtəlif bölgələri - Xankəndi, Şəki, Zaqatalanı təmsil edən gənc ifaçılar, xarici ölkələrdən - Ukrayna, Qazaxıstan, Rusiyadan gələn iştirakçılar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib.
O cümlədən Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı - 2025 qalibləri də öz çıxışları ilə festivala rəng qataraq bu sənət bayramının ayrılmaz hissəsinə çevriliblər.
Festival çərçivəsində Səidə Tağı-zadə, Cavad Tağızadə, Kamilla Sədirxanova, Afaq Aşumova və Məryəm Yusifova kimi tanınmış musiqiçilər gənc istedadlarla eyni səhnəni bölüşərək onlara yaradıcılıq dəstəyi göstəriblər.
Festivalın bağlanış konsertində Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestrinin birləşmiş heyəti çıxış edib.
Konsert proqramında Üzeyir Hacıbəylinin "Cəngi", Süleyman Ələsgərovun "Tarantella", Fikrət Əmirovun "Kor Ərəbin mahnısı", "Min bir gecə" baletindən "Şəhrizadın bayramı", Arif Məlikovun 1 nömrəli süitası, Həsən Rzayevin "Çahargah" rapsodiyası və digər dəyərli musiqi nümunələri səslənib.
Yekun konsertində həmçinin xanəndələrin ifasında "Heyratı" və "Qarabağ şikəstəsi" zərbi muğamları, saz, tar, kamança, balaban, violin və nağara ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində yeni fəaliyyətə başlayan Nağaraçılar Ansamblının çıxışı da konsertin ən yaddaqalan nömrələrindən biri olub. Gənc ifaçılar yüksək peşəkarlıq və səhnə mədəniyyəti nümayiş etdirərək tamaşaçıların alqışlarını qazanıblar. Ansamblın bədii rəhbəri Mahmud Salah, dirijor isə Nisə Salah - Abbasova idi.
"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalı bir daha sübut etdi ki, uşaqların və yeniyetmələrin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və böyük səhnəyə çıxarılması ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət daşıyır. Festival gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi, yeni dostluq və yaradıcılıq əlaqələri qurması üçün geniş imkanlar yaradaraq əsl sənət bayramına çevrildi.
Bağlanış mərasiminin sonunda festival iştirakçıları tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə bütün iştirakçılara, müəllimlərə və layihədə əməyi keçən şəxslərə sertifikat və təşəkkürnamələr təqdim edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
-
Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub - FOTO
XƏBƏR LENTİ
-
“Şəfa” yeni baş məşqçisini açıqladı - FOTO
-
Gəmidə həlak olan azərbaycanlı haqqında ürəksızladan fakt
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək
-
Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
-
Əməkdar artist: “Kaş ailəmi qoruya biləydim”
-
İran ABŞ gəmilərinə hücum etdi
-
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
Akif Əlizadə işdən çıxarıldı
-
"Qəti balaca Səidəyə buna izin verməzdim" ” - Efirdə AĞLADI - VİDEO
-
Ermənistanda seçki öncəsi gərginlik artır - Həbslər və iddialar gündəmdə
-
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə məktub göndərib
-
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
-
"Beşiktaş" yeni baş məşqçisini AÇIQLADI
-
Xoşqədəm əkizləri ilə Acunun kanalında ailəsindən DANIŞDI - VİDEO
-
Gəmidə həlak olan azərbaycanlıların ikisinin şəxsiyyəti məlum OLDU
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
Paytaxtda oğurluq edənlər tutuldular
-
Ədliyyə naziri yeni qərar imzaladı
-
Monqolustan Prezidenti Prezident İlham Əliyevi təbrik edib
-
Maşını yumağa verdi, qiymətli boyunbağısından oldu
-
Rəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO
-
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edildi
-
Musa Nağıyevin evi görün neçəyə satışa ÇIXARILDI? - VİDEO





