Cəmiyyət

Anormal təbiət hadisələri gəlir

5 İyun 2026 16:05
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Birləşmiş Millətlər Təşkilatı yaxın aylarda formalaşması gözlənilən El Nino hava hadisəsi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, bu proses qlobal temperaturun daha da yüksəlməsinə və ekstremal hava hadisələrinin artmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının açıqlamasına görə, El Ninonun sentyabr ayına qədər yaranma ehtimalı 80, noyabr ayına qədər isə 90 faizdir.

Mütəxəssislər hesab edirlər ki, El Ninonun insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi ilə eyni dövrə təsadüf etməsi onun təsirlərini daha da ağırlaşdıra bilər. Xüsusilə Asiya ölkələrinin bu prosesdən daha çox zərər görəcəyi gözlənilir. Artan istilər və quraqlıq kənd təsərrüfatına, enerji sistemlərinə və su ehtiyatlarına ciddi təzyiq göstərə bilər. Çində bəzi bölgələr üçün artıq fövqəladə ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunub. Ölkənin Milli İqlim Mərkəzi El Ninonun təsirlərinin payız və qış aylarında zirvəyə çatacağını, cənub bölgələrində yağıntıların artacağını, ümumilikdə isə temperaturun yüksələcəyini açıqlayıb. Cənub-Şərqi Asiyada isə El Ninonun uzunmüddətli isti hava dalğalarına, quraqlığa, meşə yanğınlarına və hava çirkliliyinin artmasına səbəb ola biləcəyi bildirilir. Xüsusilə Malayziya, Sinqapur, İndoneziya, Tailand və Filippin kimi ölkələrin atmosfer rütubətinin azalmasından ciddi şəkildə təsirlənəcəyi proqnozlaşdırılır./bakupost.az

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.