Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Gənc arıçı" layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb.
Milli.Az xəbər verir ki, layihə çərçivəsində Yevlax rayonundan müraciət edən 20 gənc ailə seçilərək cari il ərzində xüsusi təlim proqramına cəlb olunub. Təlimlər zamanı iştirakçılara təcrübəli arıçılar tərəfindən həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb. Proqramı başa vuran iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim edilib. Bununla da gənc ailələrin müstəqil təsərrüfat fəaliyyətinə başlaması üçün lazımi şərait yaradılıb.
Növbəti dövrdə isə layihə iştirakçılarına təsərrüfatlarının inkişafı, məhsuldarlığın artırılması, istehsal etdikləri təbii bal məhsullarının təqdimatı və satışı istiqamətində dəstək göstərilməsi davam etdiriləcək.
Xatırladaq ki, "Gənc arıçı" layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib. Layihə iştirakçılarının istehsal etdikləri təbii bal məhsulları müxtəlif bal festivalları və yarmarkalarında təqdim olunub.
Layihənin xüsusi məqamlarından biri də Leyla Əliyevanın ötən dövr ərzində regionlara səfərləri zamanı "Gənc arıçı" layihəsinin iştirakçılarını evlərində ziyarət etməsi, onların təsərrüfatları ilə tanış olması, fəaliyyətləri ilə maraqlanması və dəstək göstərməsidir.
Qeyd edək ki, "Gənc arıçı" layihəsinin əsas məqsədi biomüxtəlifliyin qorunmasında mühüm rol oynayan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır.
Layihə, eyni zamanda, gənc ailələrin sosial rifahının yaxşılaşdırılmasına, regionlarda dayanıqlı məşğulluğun təmin olunmasına və ailə təsərrüfatlarının inkişafına töhfə verir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəmidə həlak olan azərbaycanlı haqqında ürəksızladan fakt
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək
-
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb - FOTO
-
Ədliyyə naziri yeni qərar imzaladı
-
Musa Nağıyevin evi görün neçəyə satışa ÇIXARILDI? - VİDEO
-
Anormal təbiət hadisələri gəlir
XƏBƏR LENTİ
-
“Şəfa” yeni baş məşqçisini açıqladı - FOTO
-
Gəmidə həlak olan azərbaycanlı haqqında ürəksızladan fakt
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək
-
Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
-
Əməkdar artist: “Kaş ailəmi qoruya biləydim”
-
İran ABŞ gəmilərinə hücum etdi
-
Leyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda uğurla yekunlaşıb - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
Akif Əlizadə işdən çıxarıldı
-
"Qəti balaca Səidəyə buna izin verməzdim" ” - Efirdə AĞLADI - VİDEO
-
Ermənistanda seçki öncəsi gərginlik artır - Həbslər və iddialar gündəmdə
-
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə məktub göndərib
-
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
-
"Beşiktaş" yeni baş məşqçisini AÇIQLADI
-
Xoşqədəm əkizləri ilə Acunun kanalında ailəsindən DANIŞDI - VİDEO
-
Gəmidə həlak olan azərbaycanlıların ikisinin şəxsiyyəti məlum OLDU
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
Paytaxtda oğurluq edənlər tutuldular
-
Ədliyyə naziri yeni qərar imzaladı
-
Monqolustan Prezidenti Prezident İlham Əliyevi təbrik edib
-
Maşını yumağa verdi, qiymətli boyunbağısından oldu
-
Rəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO
-
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edildi
-
Musa Nağıyevin evi görün neçəyə satışa ÇIXARILDI? - VİDEO





