Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daşkənddə yerləşən Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisinin zəngin irsinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edilib. Musiqi gecəsi iki qardaş xalqın ortaq mədəni dəyərlərinin təntənəsinə çevrilərək sənətsevərlərə unudulmaz anlar yaşadıb.
Konsertdə Azərbaycanın Əməkdar artisti, BMM-nin direktoru, Özbəkistanın Mədəniyyət Səfiri Sahib Paşazadə və Xalq artisti, görkəmli pianoçu Yeganə Axundova Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış ediblər.
Özbəkistanın Xalq artisti Kamoliddin Urinbayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə keçirilən konsertdə Azərbaycan bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib.
Tədbir həm də Özbəkistan Dövlət Konservatoriyasının yenilənmiş konsert zalının açılışı münasibətilə təşkil olunan ilk böyük musiqi tədbirlərindən biri kimi xüsusi əhəmiyyət daşıyıb. Azərbaycanlı sənətçilər görkəmli bəstəkarlarımız Fikrət Əmirovun və Hacı Xanməmmədovun ölməz əsərlərini yüksək peşəkarlıqla təqdim edərək dinləyicilərin qəlbində dərin iz buraxıblar.
Konserti Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayəndələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, ali təhsil müəssisələrinin rektorları, tanınmış musiqişünaslar, professor-müəllim heyəti, incəsənət xadimləri və çoxsaylı musiqisevərlər izləyiblər.
Fikrət Əmirovun "Min bir gecə" baletindən süita, F. Əmirov və E. Nəzirovun "Fortepiano və orkestr üçün ərəb mövzularında konsert"i, eləcə də Hacı Xanməmmədovun "Tar və orkestr üçün 2 nömrəli Konsert"i Azərbaycan musiqisinin ecazkar gözəlliyini və yüksək bədii-estetik dəyərini bir daha nümayiş etdirib. Sənətkarların parlaq ifaları böyük sevgi ilə qarşılanıb və tamaşaçılar gur alqışları ilə onları bir neçə dəfə səhnəyə qaytarıblar. Konsertin sonunda BMM-nin direktoru Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasının rektoru Kamoliddin Urinbayevə xatirə hədiyyələri təqdim edib.
Musiqi gecəsi yalnız sənət bayramı deyil, həm də Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və mədəni əməkdaşlığın parlaq təcəssümü kimi yadda qalıb. Özbəkistanda səfərdə olan azərbaycanlı sənətkarlar konsert proqramından əlavə həm də Özbəkistan Dövlət Konservatoriyasının Dövlət İmtahan Komissiyasına sədrlik ediblər.
Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Yeganə Axundova və Sahib Paşazadə Özbəkistan Dövlət Simfonik Orkestri ilə birlikdə geniş konsert proqramı ilə çıxış etmişdilər. Daşkənddə baş tutan bu konsert isə məhz həmin yaradıcılıq əməkdaşlığının uğurlu davamı kimi reallaşıb.
Azərbaycan musiqisinin zəngin ənənələrini və yüksək ifaçılıq məktəbini uğurla təbliğ edən konsert Daşkəndin mədəni həyatında əlamətdar hadisə kimi tarixə düşərək iki qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verib.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
-
Leyla Khazari Art Gallery-də gənc rəssamların qrup sərgisi "Tiny Worlds"un açılışı baş tutub - FOTO
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
-
Uşaq Filarmoniyasında “Nağılın qonağında” adlı musiqili-poetik konsert keçirilib - FOTO
-
Bakıda ilk dəfə möhtəşəm festival keçiriləcək - İçərişəhər altı gün ərzində Argentina tanqosunun ritmlərinə qərq olacaq
XƏBƏR LENTİ
-
Qusardakı torpaq sürüşməsinin anbaan görüntüləri - VİDEO
-
UEFA siyasi qadağaya futbolla cavab verdi: Somalili hakimə tarixi təyinat
-
Göygöldə boğulan məktəblilərin meyiti tapıldı - YENİLƏNİB
-
Ermənistanda deputat seçilən Həsənov - Qızı da Türkiyədə rəhbər vəzifədədir - FOTO
-
Millimiz FIFA reytinqində gerilədi
-
Aysun İsmayılova: “Dost dediyin "cibindədir”"
-
DÇ-2026-nı hansı kanallarında izləyə biləcəyik?
-
Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb
-
İki gün güclü külək əsəcək - Xəbərdarlıq edildi
-
Gülay canlı efirdə ağladı - VİDEO
-
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
-
İqtisadi Şuranın iclası keçirilib - FOTO
-
Türk serialının çəkilişində maraqlı an: Davanı gerçək bilib ayırmaq istədi - VİDEO
-
Prezident Tural Mailov və Kamran Əzizova yüksək vəzifə verdi
-
Vüsalə “Space TV”də işə başladı
-
Novruz Rusiyada milli bayram olacaq?
-
Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”
-
Sabunçuda evdən 15 min manata yaxın qızıl oğurlanıb
-
Azərbaycanda "xına məclisi"ni kişi apardı - VİDEO
-
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib - YENİLƏNİB
-
İran nüvə obyektləri ilə bağlı ittihamlara cavab verdi
-
Leyla Khazari Art Gallery-də gənc rəssamların qrup sərgisi "Tiny Worlds"un açılışı baş tutub - FOTO
-
Bakı Metropoliteni yay qrafikinə keçid edir
-
74 yaşlı kişi laqunda ilə ayağını doğradı - Öldü





