İdman

Millimiz FIFA reytinqində gerilədi

11 İyun 2026 18:13
Baxış: 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın futbol üzrə milli komandası FIFA-nın yenilənmiş reytinq cədvəlində mövqeyini əldən verərək iki pillə geriyə düşüb.

Milli.Az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız hazırkı siyahıda 1132.00 xala malikdir və bununla da 126-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, yığmamız bu ay ərzində keçirdiyi yoldaşlıq görüşlərində fərqli nəticələr göstərib. Malta seçməsinə 0:2 hesabı ilə məğlub olan komandamız, San Marino üzərində isə 2:1 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, qlobal reytinq cədvəlinin zirvəsində 1877.27 xalla son dünya çempionu Argentina yığması möhkəmlənib. Siyahıda İspaniya (1874.71) ikinci, Fransa millisi (1870.70) isə üçüncü sırada yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.