Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər sosial şəbəkələrdə ağcaqanad dişləmələri ilə bağlı paylaşımların sayı artıb. Xüsusilə uşaqlarda üz və göz nahiyəsində şişkinliklərin, böyüklərdə isə müxtəlif dəri yaralarının yarandığı bildirilir. Bir çox vətəndaş əvvəllər belə hallarla rastlaşmadıqlarını qeyd edir.
Məsələ ilə bağlı terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, havaların istiləşməsi ilə ağcaqanadların sayının artması təbii prosesdir və bu dövrdə insanların özlərini qoruması vacibdir.
O bildirib ki, ağcaqanadlardan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə olunsa da, qoruyucu yağlar daha faydalı seçimlərdən biri hesab edilə bilər.
Terapevt qeyd edib ki, ağcaqanad dişləməsindən sonra yaranan şikayətlər bəzən orqanizmin allergik reaksiyası ilə də bağlı ola bilər. Onun sözlərinə görə, bəzi hallarda isə ikinci infeksiya riski yaranır:
"İkinci infeksiya o zaman baş verir ki, insan dişlənən nahiyəni qaşıyaraq dırnağı vasitəsilə ora bakteriya ötürür və ya toxunduğu hər hansı əşyadan infeksiya keçir".
G.Lətifova Azərbaycanda fərqli və təhlükəli ağcaqanad növlərinin geniş yayılması ilə bağlı təsdiqlənmiş araşdırma nəticələrinin olmadığını vurğulayıb:
"Bu mövzu zaman-zaman gündəmə gəlsə də, hazırda ölkəmizdə bunu təsdiqləyən elmi nəticələr yoxdur. Sosial şəbəkələrdə isə ayrı-ayrı hallar dəfələrlə paylaşıldığı üçün məsələ bəzən olduğundan daha böyük görünür".
Həkim bəzi əlamətlərin müşahidə olunduğu halda vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edib:
"Əgər dişlənən nahiyədə və ya üzdə sürətli şişkinlik yaranarsa, nəfəs almaqda çətinlik olarsa, yüksək hərarət müşahidə edilərsə, yaxud yara böyüyərək irinləyərsə, mütləq həkimə müraciət edilməlidir. Özbaşına müalicə düzgün yanaşma deyil və bundan çəkinmək lazımdır".
Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
-
Kamavinqa Türkiyə millisinin formasında – (Foto)
-
Zenfira İbrahimovadan Ofelyaya sərt cavab: “Pul verib çıxdığı üçün...” (Video)





