Hadisə

SSRİ Xalq artisti dünyasını dəyişdi - FOTO

11 İyun 2026 09:44
Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

SSRİ Xalq artisti Lyudmila Çursina dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən sənətçi 84 yaşında vəfat edib.

Qeyd edək ki, Lyudmila Çursina uzun illər ərzində teatr və kino sahəsində fəaliyyət göstərib, 100-dən çox film və tamaşada rol alıb.

O, Virineya, Tutqun çay, Olesya və Lyubov Yarovaya, İnternlər, Qapalı məktəb və Marqoşa kimi ekran işlərindəki rolları ilə tamaşaçıların yaddaşında qalıb.

BakuPost

BakuPost

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.