“AzParking” tətbiqdə məlumatların silinməsi iddialarını təkzib edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər bəzi media resurslarında "AzParking" tətbiqində texniki problemlərin yarandığı, bunun nəticəsində isə sürücülərin cərimə ilə üzləşdiyi və bəzi əməliyyat qeydlərinin sistemdə görünmədiyi barədə məlumatlar yayılıb.
Milli.Az xəbər verir ki, bununla bağlı "AzParking" rəsmi açıqlama verərək səsləndirilən iddialara münasibət bildirib. Qurum qeyd edib ki, istifadəçilərin narahatlığını başa düşsələr də, ödəniş əməliyyatlarının işləmə mexanizmi və məlumatların qorunması prinsipləri barədə düzgün məlumatın ictimaiyyətə çatdırılması vacibdir.
Açıqlamada vurğulanıb ki, tətbiq vasitəsilə parklanma seansı başladılıb və ödəniş biometrik təsdiq, Face ID və ya şifrə ilə tamamlanıbsa, həmin əməliyyat həm bank sistemində, həm də "AzParking" serverlərində qeydə alınır. Şirkətin bildirdiyinə görə, uğurla tamamlanmış əməliyyatların sonradan sistemdən silinməsi və ya qeydiyyatdan kənarda qalması texniki baxımdan mümkün deyil.
Qurum tərəfindən araşdırılan konkret şikayətlərdən birində istifadəçinin göstərdiyi vaxt ərzində mərkəzi serverə parklanma seansının başladılması ilə bağlı təsdiqlənmiş sorğunun daxil olmadığı müəyyən edilib. Bundan əlavə, həmin ödəniş nə bank əməliyyat tarixçəsində, nə də sistem hesabatlarında öz əksini tapıb.
"AzParking"ın açıqlamasına əsasən, hər hansı ödənişin baş tutmuş hesab edilməsi üçün bank tərəfindən vəsaitin çıxılması təsdiqlənməlidir. Əgər bank çıxarışında müvafiq əməliyyat görünmürsə və sistemə ödəniş barədə məlumat ötürülməyibsə, bu halda prosesin istifadəçi cihazında və ya internet bağlantısında yaranan səbəblərdən tamamlanmadığı ehtimal edilir. Belə vəziyyətlərdə istifadəçinin hesabından pul vəsaiti tutulmur.
Şirkət həmçinin bildirib ki, tətbiq beynəlxalq proqram təminatı standartlarına uyğun fəaliyyət göstərir və bütün məlumatlar mühafizə olunan serverlərdə şifrələnmiş formada saxlanılır.
İstifadəçilər hər hansı sual və ya anlaşılmazlıq yarandıqda, AYNA-nın 141 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Qurum əlavə edib ki, bank sənədləri ilə təsdiqlənən bütün ödəniş müraciətləri operativ şəkildə araşdırılır və nəticələr istifadəçilərin maraqları nəzərə alınmaqla qiymətləndirilir.
Aysel
DİGƏR XƏBƏRLƏR
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Azərbaycanda yumurta bahalaşdı
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
XƏBƏR LENTİ
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər
-
Azərbaycanda yumurta bahalaşdı
-
Toy günü bəylə gəlinin rəqsi viral oldu – (Video)
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum
-
Bu avtobusun son dayanacağı dəyişdirildi
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu
-
Oktyabr pensiyaları bu tarixdə ödəniləcək - Rəsmi
-
“Barselona”da PSJ ilə oyun öncəsi 4 itki
-
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub





