Bakıda dəyişkən iş qrafiki: yolda keçən vaxt nə qədər azalacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 2026-cı ildən dəyişkən iş qrafikinin tətbiq olunacağı bildirilir.
Bu nəqliyyat sıxlığının azaldılması istiqamətində mühüm addım hesab olunur. Dövlət Proqramına əsasən, dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər təşkilatların fərqli saatlarda fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu yanaşmanın əsas məqsədi bütün iş yerlərinin eyni vaxtda fəaliyyətə başlamasının qarşısını almaq və şəhərdə sərnişin axınını daha balanslı şəkildə bölüşdürməkdir.
Nəqliyyat məsələləri üzrə ekspert Fuad Əliyev Milli.Az-a bildirib ki, dəyişkən iş qrafiki ilk növbədə yol-nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər.
"Hazırda səhər və axşam saatlarında minlərlə insanın eyni vaxtda hərəkət etməsi yollarda və ictimai nəqliyyatda ciddi yüklənmə yaradır. İş saatlarının fərqləndirilməsi isə bu yükün gün ərzində daha bərabər paylanmasına imkan verə bilər. Bu modelin digər üstünlüyü ictimai nəqliyyatda rahatlığın artmasıdır. Metro və avtobuslarda sıxlığın azalması sərnişinlərin daha komfortlu və təhlükəsiz şəkildə hərəkət etməsinə şərait yarada bilər. Eyni zamanda, vətəndaşların tıxaclarda daha az vaxt itirməsi onların gündəlik həyat keyfiyyətinə və iş məhsuldarlığına müsbət təsir göstərə bilər."
Ekspert bildirib ki, beynəlxalq təcrübə də göstərir ki, dəyişkən iş qrafiki tətbiq olunan şəhərlərdə nəqliyyat axınının idarə olunması daha səmərəli təşkil edilir.
"Bununla yanaşı, yanacaq sərfiyyatının və nəqliyyat xərclərinin azalması kimi iqtisadi üstünlüklər də əldə olunur. Sistemin tətbiqi Bakıda tıxac probleminin yumşaldılması və şəhər həyatının daha rahat təşkil olunması baxımından əhəmiyyətli yenilik hesab olunur."
F.Əliyev qeyd edib ki, iş qrafiki dəyişilərsə qənaət ediləcək vaxt yaşayış yerindən, iş marşrutundan və nəqliyyat növündən asılı olaraq dəyişəcək.
"Bununla belə, beynəlxalq təcrübə və Bakıdakı mövcud nəqliyyat vəziyyəti göstərir ki, dəyişkən iş qrafiki tətbiq olunarsa, bir çox vətəndaş gündəlik yolda keçirdiyi vaxtı azalda bilər. Hazırda Bakıda pik saatlarda bəzi marşrutlarda tıxaclar səbəbindən səfər müddəti adi vaxtla müqayisədə 20-40 dəqiqə, bəzi hallarda isə daha çox artır. İş saatlarının fərqli vaxtlara bölünməsi nəqliyyat axınını bərabərləşdirə bilsə, orta hesabla insanların bir istiqamətdə 10-20 dəqiqə, gediş-gəliş üzrə isə gündə 20-40 dəqiqə vaxt qazanması mümkündür".
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
Sabah Yasamalda işıq olmayacaq
XƏBƏR LENTİ
-
Evlərin divarına folqa sarımağa başladılar
-
Bu möcüzəni yeyənin qaraciyəri yenilənir: Suyunu içməyin
-
Gündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida
-
Ən çox qəhvə içilən ölkələr
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq





