Mədəniyyət

Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə ustad dərsləri keçiriləcək - FOTO

7 Oktyabr 2025 21:47
Baxış: 219
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 8-18 oktyabr tarixlərində bu idarələrin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçiriləcək.

Dahi bəstəkar, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə təşkil olunan layihənin əsas məqsədi, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsidir.
Ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, violonçel, klarnet, vokal və rəqs ixtisaslarını əhatə edəcək.

Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçiriləcək ustad dərslər, respublikanın tanınmış musiqiçiləri, professor və müəllimləri, eləcə də təcrübəli mütəxəssisləri tərəfindən aparılacaq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.