Sağlamlıq

105 yaşlı kişi uzunömürlülüyünün sirrini açdı - Bu iki qidanı hərgün yeyirəm

7 Oktyabr 2025 22:00
Baxış: 534
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

105 yaşlı ABŞ sakini uzunömürlülüyünün sirrini açıqlayıb.

Milli.Az xəbər verir ki, ABŞ-nin Ohayo ştatında yaşayan 105 yaşlı Cо Spurio növbəti doğum gününü qeyd edib və uzunömürlülüyünün sirrini açıqlayıb.

O, 1920-ci ildə doğulub, İkinci Dünya Müharibəsi zamanı iki il orduda xidmət edib və uzun illər orta məktəbdə müəllim işləyib.

Spurio bildirib ki, uzun ömrünün əsas səbəblərindən biri onun italyan əsilli olmasıdır. Bundan başqa, hər gün sarımsaq və zeytun yağı yemək onun sağlamlığını qorumağa kömək edib. Həyatında mühüm rol oynayan digər amillər isə valideynlərinin və həyat yoldaşının sevgisidir.

Hətta 105 yaşında olsa belə, Spurio özünü formda saxlamağa davam edir və hər səhər üzgüçülüklə məşğul olur.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.