Dünyanı titrədən siyahı: Ən böyük tank orduları açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən nüfuzlu hərbi analiz saytlarından olan "Global Firepower" 2026-cı il üçün ölkələrin tank sayına görə sıralamasını paylaşıb. Müasir müharibələrdə texnologiya ön plana çıxsa da, quru qoşunlarının zərbə qüvvəsi olan tanklar hələ də strateji əhəmiyyətini qoruyub saxlayır.
Milli.Az xəbər verir ki, siyahıya ənənəvi olaraq çox sayda tanka malik olan ölkələr rəhbərlik edir. Rusiya kəmiyyət baxımından birinciliyini qorusa da, ABŞ və Çin həm say, həm də texnoloji üstünlüklə onları izləyir. İlk 10-luqda yer alan ölkələr arasında Şimali Koreya, Hindistan və Misir kimi ölkələrin də olması diqqət çəkir.
Türkiyə Silahlı Qüvvələri (TSK) həm NATO daxilində, həm də dünyada ən güclü quru qoşunlarından birinə malikdir. Siyahıya əsasən Türkiyə 9-cu sırada qərarlaşıb. Türkiyənin tank arsenalının əsasını modernləşdirilmiş "Leopard" və "M60" tankları təşkil edir. Həmçinin, yerli istehsal olan "Altay" tankının kütləvi istehsalına başlanılması ilə Türkiyənin həm kəmiyyət, həm də keyfiyyət baxımından mövqeyini daha da gücləndirəcəyi vurğulanır.
Ekspertlər qeyd edirlər ki, sadəcə tankların sayı kifayət deyil; onların aktiv qorunma sistemləri, atəş idarəetmə texnologiyaları və pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə qabiliyyəti müasir döyüş meydanında həlledici rol oynayır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub





