Türkiyə

Türkiyəli yutuber azyaşlı uşaqlarını öldürdü - FOTO

16 Yanvar 2026 16:46
Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Adana vilayətində ailə faciəsi baş verib.

Milli.Az xəbər verir ki, Sarıçam rayonunda 34 yaşlı yutuber Sergen Altunbaş 8 yaşlı qızı Adanı və 6 yaşlı oğlu Merti silahla qətlə yetirdikdən sonra özünə qəsd edib.

Hadisə Sarıçam rayonunda baş verib. Məlumata görə, Altunbaş həyat yoldaşı ilə mübahisə etdikdən sonra qadın evi tərk edib. Bir müddət sonra o, uşaqlarını tapança ilə vurub, daha sonra silahı özünə tuşlayaraq atəş açıb.

Atəş səslərini eşidən qonşuların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Evə daxil olan qruplar ata və iki azyaşlını qan içində tapıb. Tibbi müayinə zamanı Sergen Altunbaş, Ada Altunbaş və Mert Altunbaşın öldüyü təsdiqlənib. 

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.