İdman

"Atletik"də "Qarabağ"la oyunqabağı problem yarandı

7 Oktyabr 2025 19:22
Baxış: 555
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Atletik" komandasının "Qarabağ"la UEFA Çempionlar Liqasında keçirəcəyi oyun öncəsi problemləri yaranıb.

Milli.Az xəbər verir ki, hücum xəttinin 3 oyunçusu - Aleks Berenger, Oyan Sanset və İnyaki Uilyams zədəlidir. Həmçinin vurğulanır ki, baş məşqçi Ernesto Valverde milli komandaların oyunlarına görə yaranmış fasiləyə görə futbolçuların zədələrini sağaldacağına ümid edir və bunu vacib sayır. Çünki qarşıda La Liqada "Elçe", Çempiolar Liqasında "Qarabağ"la vacib oyunlar var.

Bundan başqa, digər oyunçu Benat Prados uzun müddətə sıradan çıxıb, Mikel Vesqa da zədəlidir. Sonuncunun məşqlərə nə vaxt qayıdacağı hələlik bilinmir. 

Xatırladaq ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək. (qol.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.