Model Razi Əliyeva oğlu Mikayılın 1 yaşını qeyd edib.
Milli.Az xəbər verir ki, məclis paytaxt restoranlarının birində baş tutub.
Xalq artisti Röya Ayxanın səhnə aldığı gecədə Razinin dostları və yaxınları qonaq olub.
Həmçinin modelin keçmiş həyat yoldaşı Nicat Əliyevlə anası da ad günü partisində iştirak edib. Razinin eks-qayınanası ilə rəqsi diqqət çəkib.
Bundan başqa R. Əliyeva anası ilə keçmiş qayınanasının rəqsini paylaşıb.
Qeyd edək ki, Razi Nicat Əliyev adlı bəylə evli olub, ayrılıb.
Milli.Az





