İdman

Qurban Qurbanov “Bu Şəhərdə”nin həmin səhnəciyindən danışdı

21 Noyabr 2025 22:08
Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Bu Şəhərdə"nin "Ev Dar" adlı konsertində onunla bağlı hazırlanan səhnəciyə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu haqda mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb.

"Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm", - deyə Qurban Qurbanov bildirib.

Xatırladaq ki, "Bu Şəhərdə" kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi "Ev Dar" konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.