Hadisə

Hacıqabulda ağır qəza - xəsarət alanlar var

21 Noyabr 2025 22:50
Baxış: 64
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Milli.Az xəbər verir ki, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində kənd sakinləri; 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədova Vəfa Bayram qızı, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Niyazi Sabir oğlu və Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Səmədov Pərvin Aydın oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.