Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
Milli.Az xəbər verir ki, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində kənd sakinləri; 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədova Vəfa Bayram qızı, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Niyazi Sabir oğlu və Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Səmədov Pərvin Aydın oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az