Hamı kimi onlar da bu gün işə getmişdi, evə isə qayıda bilmədilər.
Milli.Az qafqazinfo-ya istinadən Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin fotosunu təqdim edir.
27 yaşlı Cavidan Muradov (fotoda 1-ci)
20 yaşlı Emil Quliyev (fotoda 2-ci)
19 yaşlı Eltac Əliyev (fotoda 3-cü)
18 yaşlı Əkbər Zeynalov

Faciəvi şəkildə həlak olan işçilərin ikisi Tərtər sakinləridir.
Belə ki, onlardan biri 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiq oğlu Tərtər şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyev Eltac Habil oğlu isə rayonun Köçərli kənd sakinidir.
Onlar sabah yaşadıqları ünvanda dəfn ediləcəklər.
Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. "Lake Hotel" restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
Milli.Az





