Ölkə

Sabiq vəzifəli şəxs həbsxanada vəfat etdi - FOTO

21 Noyabr 2025 23:28
Baxış: 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabiq vəzifəli şəxs həbsxanada dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ləğv olunmuş "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisi Mahir Arif oğlu Əliyev həbsxanada 66 yaşında vəfat edib.

Qeyd edək ki, M.Əliyev 2017-2021-ci illərdə sözügedən idarənin rəisi vəzifəsində çalışıb. 2021-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Daha sonra o, Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə təqsirli bilinmiş və məhkəmənin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.