Qoroskop

Günün qoroskopu: İşdə diqqətinizi toplamağınız vacibdir

22 Noyabr 2025 00:01
Baxış: 97
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az 22 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

Qoç 

Bu gün enerjiniz yüksəlir və qərarlı addımlar atmaq üçün əlverişli şərait yaranır. İş yerində rəhbərlikdən gözlədiyiniz bir geri dönüş ala bilərsiniz. Emosional olaraq daha açıq və dürüst olmaq münasibətləri möhkəmləndirəcək. Axşam saatlarında özünüzə vaxt ayırmaq rahatladacaq.

Buğa

Maddi mövzularda yenilikçi düşünmək lazımdır. Gözlənilməz xərclər çıxsa da, günün sonunda qazancınız daha yüksək ola bilər. Sevgidə sabitlik və güvən ön planda olacaq. Sağlamlıqda qidalanmaya diqqət etmək tövsiyə olunur.

Əkizlər

Kommunikasiya bacarığınız bu gün parlayır. Yeni bir əməkdaşlıq, təklif və ya xəbər ala bilərsiniz. Sosial mühitdə aktiv olmağınız sizi əhəmiyyətli bir fürsətlə qarşı-qarşıya qoya bilər. Duyğusal həyatda isə daha anlayışlı davranmaq mübahisələrin qarşısını alacaq.

Xərçəng

Günün əsas mövzusu sirrlər və iç səsinizdir. Özünüzlə danışmaq və həyatınızla bağlı mühüm qərar vermək üçün uyğun zamandır. Ailə içi məsələlərdə gözlədiyiniz dəstək gəlir. Sağlamlıqda yorğunluq hiss edə bilərsiniz - istirahət vacibdir.

Şir 

Sosial dairəniz genişlənir. Yeni insanlar tanımaq, yeni planlar qurmaq üçün ideal gündür. İşlə bağlı təşəbbüsləriniz diqqət çəkəcək və sizə üstünlük qazandıracaq. Romantik münasibətlərdə isə zərif jestlər əlaqəni gücləndirəcək.

Qız 

Karyera sahəsində yüksəliş dalğası başlayır. Uzun müddətdir gözlədiyiniz bir irəliləyişlə bağlı məlumat ala bilərsiniz. Perfeksionist tərəfiniz bu gün çox işə yarayacaq. Münasibətlərdə isə daha yumşaq davranmaq qarşı tərəfin sizə yaxınlaşmasına şərait yaradacaq.

Tərəzi 

Bu gün sizin üçün böyümə, genişlənmə və yeni başlanğıclar günü ola bilər. Xaric, təhsil və ya uzunmüddətli planlarla bağlı gözəl inkişaf baş verə bilər. Sevgidə romantik anlar yaşana bilər. Psixoloji balansınızı qorumağa çalışın.

Əqrəb 

Duyğular dərinləşir və sezgilər güclənir. Bir məsələ ilə bağlı həqiqəti öyrənə bilərsiniz. Maliyyə sahəsində yeni çıxış yolları tapmaq mümkündür. Münasibətlərdə ehtiras artsa da, nəzarəti itirməmək məsləhətdir.

Oxatan

Sizin dövrünüz başlayır və gün enerjiniz yüksəlir! Münasibətlərdə yeni anlaşmalar, iş həyatında yeni başlanğıclar mümkündür. Şəxsi inkişafla bağlı addımlar atmaq üçün əla gündür. Enerjiniz pozitiv insanları sizə çəkəcək.

Oğlaq 

İş və məsuliyyətlər ön plandadır. Gün ərzində səliqəli planlama sizi böyük sıxıntılardan xilas edəcək. Sağlamlıqla bağlı kiçik narahatlıqlar ola bilər - diqqətsizlik etməyin. Sevgidə isə qarşı tərəfdən gözlənilməz bir jest sizi sevindirə bilər.

Dolça 

Yaradıcı ideyalar və yeni layihələr gündəmə gəlir. Uğur qazanmaq üçün cəsarətli olmalısınız. Sosial həyatda aktivlik artacaq və yeni dostluqlar qazana bilərsiniz. Sevgidə həyəcanlı görüş və ya yeni tanışlıq mümkündür.

Balıq

Hissləriniz güclənir və ailə mövzuları diqqət mərkəzinə keçir. Ev ilə bağlı dəyişikliklər və ya yeniliklər etmək istəyə bilərsiniz. İşdə isə diqqətinizi toplamağınız vacibdir. Romantik münasibətlərdə həssaslıq artacaq - dürüst olmaq hər şeyi daha da gözəlləşdirəcək.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.