Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir.
Bu, vətəndaşlar üçün əlavə vaxt itkisi və bürokratik çətinliklər yaradır, həmçinin korrupsiya risklərini artırır. Sabiq maliyyə naziri, professor Saleh Məmmədov sosial şəbəkə hesabında bildirib ki, Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir və bu, vətəndaşlar üçün bir sıra çətinliklərə səbəb olur.
Dünyanın digər 192 ölkəsində isə belə bir sistem artıq ləğv edilib və avtomobil idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayət edir. O, həmçinin qeyd edib ki, Azərbaycan istisna olaraq bu sistemi qoruyub saxlayır və gündəlik praktikada tətbiq edir. Sezar pizza
Bu, vətəndaşlar üçün xərclərin artmasına, vaxt itkisinə və narazılığa səbəb olur. Etibarnamə kimi köhnəlmiş və formal prosedurların ləğvi, xərclərin isə onlayn şəkildə dövlət büdcəsinə yönəldilməsi həm vətəndaş, həm də dövlət üçün daha sərfəlidir.
Azərbaycanda bu qaydanın aradan qaldırılması nə dərəcədə realdır?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, onlayn avtomobil paylaşımı etibarnaməni artıq lazımsız edir:
"Bizim ölkəmizdə "car sharing", yəni avtomobil paylaşımı layihəsi artıq fəaliyyət göstərir. Burada istənilən şəxs mobil tətbiq vasitəsilə distant, onlayn olaraq təklif olunmuş maşını kirayə götürə bilir. Bu zaman hər hansı yazılı etibarnaməyə də ehtiyac olmur. Artıq bu sistem ölkəmizdə mövcuddursa, bu, o deməkdir ki, etibarnamələr ləğv edilə, sadəcə hüquqi şəxslərdə, yəni şirkət maşınlarında bu sistem qala bilər. Şirkət avtomobilləri öz əməkdaşlarına etibarnamə ilə və ya digər vasitələrlə təqdim oluna bilər".
Onun sözlərinə görə, fiziki şəxslər arasında etibarnaməyə ehtiyac qalmayıb:
"Düşünürəm ki, fiziki şəxslər arasında etibarnamə verilməsi artıq keçmişdə qalıb. Texnologiyalar inkişaf edib və bu səbəbdən artıq etibarnaməyə ehtiyac yoxdur. Hesab edirəm ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edilməlidir".
Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişikliklər olunmalıdır".
Ekspert qeyd edib ki, hazırda qüvvədə olan yol hərəkəti ilə bağlı qanunvericilik müasir texnologiyalara uyğun yenilənməlidir:
"Ümumiyyətlə, nəzər yetirdikdə görürük ki, hazırda qüvvədə olan "Yol hərəkəti haqqında" Qanun və İnzibati Xətalar Məcəlləsi bir çox hallarda köhnə Sovet dövründən qalan hüquqi normaların təkrarından ibarətdir.
Bu səbəbdən də bu qanunlara yenidən baxılmalı və müasir dövrün reallıqlarına uyğun əlavələr edilməlidir. Dövr dəyişir, yeni texnologiyalar meydana çıxır. Etibarnamələrin ləğv edilməsi də məhz bu dəyişikliklərə uyğun atılacaq addım olardı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Culfada işıq olmayacaq
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)
XƏBƏR LENTİ
-
İran ABŞ-nin şərtlərinə cavab verib
-
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
-
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
-
Biləsuvarda zəncirvari qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
-
Cibuti sahillərində miqrantları daşıyan gəmi batdı - 109 ölü var
-
Bred Pittin yeni sevgilisi - (Foto)
-
Sabah Culfada işıq olmayacaq
-
Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı - (Video)
-
Zelenski seçkilərə getmək üçün şərtini açıqladı
-
“Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa
-
Qışda ilanların gizləndiyi yerlər müəyyən edildi
-
“Lvbel C5” Azərbaycanlı reper Əlizadə ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Sumqayıtda avtomobil avtobusla toqquşdu - Yaralılar var
-
Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir
-
Meteohəssas insanların diqqətinə
-
Əməkdar jurnalist vəfat etdi
-
Stiven Siqal dördüncü dəfə boşandı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür
-
Vladimir Baranov vəfat etdi
-
Milli QHT Forumu məktəblərdə geyim qaydaları ətrafında süni qarşıdurma yaradılması cəhdlərini pisləyib
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - (Video)





