Fələstini tanıdı, amma İsrailə silah satışında rekord qırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabr ayında Fələstini dövlət olaraq tanıyan İngiltərə, 2025-ci ildə İsrailə silah satışlarını rekord səviyyəyə çatdırıb. İngiltərə və İsrailin ticarət məlumatlarına görə, İngiltərənin İsrailə 2025-ci ilin ilk 9 ayında etdiyi silah satışı 1 milyon funt sterlinqə yaxın olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəm İngiltərənin İsrailə silah ixracında 2025-ci il üçün rekord göstəricidir. Bu satışların 400 min funt sterlinqi iyun ayında baş verib və həmin ay 2022-ci ilin yanvarından bəri ən yüksək satış ayı olub. İkinci ən yüksək satış isə sentyabr ayında 310 min funt sterlinlə qeydə alınıb.
İngiltərənin İsrailə hansı hərbi avadanlıqları satdığı dəqiq göstərilməsə də, satışa çıxan məhsulların böyük hissəsi bomba, əl qumbaraları, torpedolar, raket və mərmi kateqoriyasında olub. Avqust ayında 150 min funtluq satışın 20 min funtluq hissəsi isə "mərmi" kateqoriyasına daxildir.
Məlumatlarda məhsulların alıcısı göstərilməsə də, bu hərbi məhsulları alanların başqa ölkələrə satıb-satmadığı məlum deyil.
İngiltərə hökuməti bildirib: "Biz İsrail ordusuna Qəzza və Qərbi Şəriyədəki əməliyyatlarda istifadə olunmaq üçün bomba və mərmi satmırıq. Məlumatlarda göstərilən məhsullar sivil istifadə üçün nəzərdə tutulub və ya İsrail tərəfindən istifadə edilmədən yenidən satılır. Silah nəzarət sistemimizi çox ciddi qəbul edirik və bu məhsulların İsrail ordusu tərəfindən istifadə olunmasına icazə verməmək üçün mümkün olan bütün tədbirləri görürük."
İsrail tərəfi isə vergi qanunları səbəbindən daha ətraflı məlumat verə bilməyəcəyini bildirib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq





